Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:07 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İlham Əliyev V.Putinin nüfuzlu dostudur, Paşinyan isə hörmətsiz adi qonağıdır”
“İlham Əliyev V.Putinin nüfuzlu dostudur, Paşinyan isə hörmətsiz adi qonağıdır”
ANA SƏHİFƏ / SİYASƏT
00:29 08.09.2018


Ermənistan ictimaiyyəti və mediası baş nazirlərinin Rusiya Prezidenti ilə bugünkü görüşünü əvvəlcədən uğursuz və nəticəsiz elan edib


Bu gün Kremldə Rusiya Prezidenti ilə Ermənistan baş nazirinin gözlənilən görüşü xüsusi diqqət mərkəzində olmaqla yanaşı, işğalçı ölkədə böyük narahatlığa da yol açıb. Buna əsas səbəb baş nazir Nikol Paşinyana Rusiyada isti münasibət sərgilənməməsi və Kremlin Azərbaycanla Ermənistana münasibətdə tamam fərqli mövqedən çıxış etməsidir.
Açıq etiraf edilir ki, Azərbaycan lideri İlham Əliyev Rusiyada böyük hörmət və nüfuz sahibi olduğu halda Nikol Paşinyan barədə bunu söyləmək mümkün deyil. Əksinə, prezident Vladimir Putin əsas məsələləri birinci olaraq azərbaycanlı həmkarı İlham Əliyevlə müzakirə edir və yalnız bundan sonra Paşinyanı qəbul etməklə ona ikinci planda olduğunu açıq başa salır. Məhz bu vəziyyətdə Azərbaycanın Ermənistan üzərində daha üstün mövqe sahibi olması indi erməni tərəfini çox əndişəyə salır.


Kreml yeni iqtidarı qəbul etmək istəmir


Paşinyanın Rusiya səfəri ilə bağlı Ermənistanın siyasi ekspertləri də nikbin fikirlər səsləndirmirlər. Məsələn, "Modus Vivendi Mərkəzi”nin rəhbəri Ara Papyan Rusiyanın Ermənistanın daxili siyasi məsələlərini müzakirə etmək ixtiyarının olmadığını söyləyir. "Bu 10 və ya 20 il bundan öncə həll edilmiş suverenlik məsələsidir. Ümumiyyətlə, mən Rusiyanın müdaxilə etməkdə hansı məqsəd daşıdığını, Moskvada həqiqətən Ermənistanda onlar üçün arzuolunmaz hadisələrin baş verdiyi düşüncəsinin hakim olmasını anlamıram. İki ölkə arasında problemli keçən münasibətlərə daha ziyan vurulacağını bilərək Ermənistan cəmiyyətində əksəriyyət tərəfindən rədd edilən Koçaryanı müdafiə etmək nəyə lazımdır, anlamıram”.
Papyan qeyd edib ki, Rusiya-Ermənistan münasibətlərində problemi elə Kreml özü yaradıb: "Kreml nədənsə yeni iqtidarı qəbul etmək istəmir. Korrupsiya ilə mübarizəni Rusiya özünə qarşı aparılan savaş kimi anlayır. Rusiya hərbi bazalarını Ermənistanda yerləşdirilməkdə davam edir, sərhədlərimizi rus hərbçiləri qoruyur, biz NATO-nun təlimlərində iştirak etmirik. Başqa sözlə, Kreml əleyhinə heç bir iş aparılmadığı halda onlar həmişə nəsə səbəb tapmağa çalışırlar”.


Məlumatlar saxtalaşdırılıb


Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda Ermənistanda ictimai-siyasi müstəvidə proseslər getdikcə daha gərgin xarakter alır. Daxili və xarici təzyiqlərə rəğmən, Nikol Paşinyan hökuməti özündən əvvəlki hakimiyyət təmsilçilərinə qarşı yenə amansız mövqedən çıxış edir və onların böyük əksəriyyətinin həbsə atılacağını açıq şəkildə bildirir. Bu sıraya sabiq prezidentlər Serj Sarkisyan və Robert Koçaryan da daxildir.
Ermənistanın Xüsusi İstintaq Xidməti 2008-ci il martın 1-də baş vermiş hadisə çərçivəsində yeni cinayət işi açıb. Xüsusi İstintaq Xidməti bildirir ki, yüksək rütbəli polis əməkdaşları 2008-ci il fevralın 29-da Yerevanda "Azadlıq” meydanına toplaşanlardan silah və partlayıcı maddələrin olması haqqında məlumatı saxtalaşdırıblar: "Sənədi Ermənistan prezidenti Serj Sarkisyanın təsdiqlədiyi "Martın 1-i hadisələri ilə bağlı faktların toplanması qrupu” saxtalaşdırıb. Bununla da yüksək vəzifəli şəxslər qrup mənafeyindən çıxış edərək, polisin hərəkətinə bəraət qazandırmaq, qanunsuz fəaliyyəti ört-basdır etmək və məsuliyyətdən yaxa qurtarmaq üçün yalan məlumatlar təqdim edib. Martın 1-2-də baş vermiş hadisələrlə bağlı cinayət işinə "vəzifə səlahiyyətlərindən sui-istifadə etmək”, "vəzifə səlahiyyətlərini aşmaq” və "qəsdən xidməti sənədləri saxtalaşdırmaq” maddələri əlavə edilib”.
Bir daha xatırladaq ki, 2008-ci il martın 1-də prezident seçkisinin nəticələrinə etiraz olaraq minlərlə insanın iştirakı ilə aksiya keçirilib. Həmin aksiya polis və hərbçilərin müdaxiləsi nəticəsində dağıdılmış, 10 etirazçı ölmüş, 250-dən çox aksiyaçı isə yaralanmışdı. Həmin gün Serj Sarkisyanın seçkidə qalib gəldiyi elan edilmişdi. İndi istintaqın gedişi Serj Sarkisyanın həbsini istisna etmir.


Koçaryan yenidən həbs oluna bilər


Ermənistanda konstitusiya quruluşunun devrilməsi ittihamı əsasında Robert Koçaryan, keçmiş müdafiə naziri Mikael Arutyunyan və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturova qarşı cinayət işi başlayıb. Artıq bir dəfə tutulub buraxılmış Robert Koçaryan yenidən həbsə düşməmək üçün ölkəni tərk etməyə can atır. Onun vəkili Aram Orbelyan bildirib ki, Koçaryan müalicə olunmaq üçün Almaniyaya gedəcək.
Amma Aram Orbelyanın sözlərinə görə, Koçaryanın ölkədən çıxması məsələsində texniki problem var: "O, hazırda Ermənistandadır. Robert Koçaryanın ölkəni tərk etməsi məsələsində şübhəli məqamlar var və onu araşdırırıq. İstintaq orqanı şifahi olaraq belə bir məhdudiyyətin olmadığını bildirir, ancaq bu məhdudiyyət qalmaqdadır”.
Ermənistanın Xüsusi İstintaq Xidməti isə artıq Koçaryana ölkəni tərk etməyə qadağa qoyub. Qurumun müstəntiqi Koçaryan barəsində hökm qismində ondan ölkəni tərk etməməsi haqqında yazılı iltizamın alınmasını seçib. Belə vəziyyətdə Koçaryanın yenidən həbsi istisna olunmur. Bu hal isə Koçaryanın tərəfdarları ilə yanaşı, Rusiyanı da qəzəbləndirir.


"İkinci Xaçaturov” sürprizi


Belə bir vaxtda digər maraqlı məqam da üzə çıxıb. Məlumata görə, Ermənistan rəhbərliyi Yuri Xaçaturova qarşı ittiham irəli sürməklə rəsmi Moskvanı qıcıqlandırmasına rəğmən, Rusiya üçün "İkinci Xaçaturov” sürprizi hazırlayır. Bu barədə Ermənistanın nüfuzlu "168 jam” qəzeti yazıb. Etibarlı mənbələrə istinad edən qəzet bildirir ki, Nikol Paşinyan hökuməti Ermənistanın sabiq baş naziri, hazırda isə Rusiyanın liderlik etdiyi Avrasiya İqtisadi İttifaqının dövlətüstü tənzimləyici orqanı olan Avrasiya İqtisadi Komissiyasının sədri Tiqran Sarkisyanın cinayət məsuliyyətinə cəlb edilməsi üçün aktiv şəkildə materiallar və sübutlar toplamağa başlayıb.
Mənbələrin dediyinə görə, Tiqran Sarkisyana qarşı istintaq prosesi əslində çoxdan başladılmadı idi: "Lakin KTMT-nin baş katibi Yuri Xaçaturovun cinayətdə ittiham edilməsi Rusiyanın sərt reaksiyasına səbəb olduğundan rəsmi Yerevanın bu addımına bir qədər mane oldu. Çünki Moskva bu məsələdə Ermənistan rəhbərliyinin davranışını özünə qarşı təxribat və KTMT-nin nüfuzdan salınması kimi qiymətləndirir”.


Yaxşı heç nə vəd edilmir


Bununla belə, qeyd olunub ki, Rusiya Xarici İşlər Nazirliyi tərəfindən Yerevanın ünvanına tənqidi bəyanatlar səslənməsinə baxmayaraq, Paşinyan hökuməti Moskvaya və onun liderlik etdiyi digər təşkilatın nüfuzuna növbəti zərbə vurmağı planlaşdırır. Məsələ ilə əlaqədar "1in.am” saytı yazır ki, baş verənlər Ermənistana yaxşı heç nə vəd etmir: "Rusiya xarici işlər naziri Sergey Lavrov da Ermənistandakı vəziyyətin "qaynamaqda davam etdiyini” qeyd edərək bildirib: "Ermənistandakı vəziyyətin hazırda qaynamaqda davam etməsi, o cümlədən on il bundan öncəki hadisələrin təhqiqi, həbslərin aparılması bizi narahat edir. Biz hesab edirik ki, bu, Ermənistanın daxili işidir. Və istəyirik ki, bu daxili işlər möhkəm qanun və konstitusiya əsasında qalsın, həmçinin tezliklə qurtarsın ki, Ermənistan diqqətini yaradıcı vəzifələrə cəlb edə bilsin”.
Rusiya məmuru bir daha qeyd edib ki, Moskva baş nazir seçkisindən sonra baş verən hadisələri izləyir, lakin elə bir hərəkət etməyib və ya bəyanat verməyib ki, hətta güclə daxili işlərə müdaxilə kimi şərh edilə bilsin. Diplomat onu da qeyd edib ki, digər xarici oyunçuların bu cür hərəkət etdiyini deyə bilməz. Lavrovun son eyhamı ona görə tamamilə diqqətəlayiqdir ki, bizə Rusiyadan başqa hər hansı bir ölkənin Ermənistanın daxili işlərinə qarışmağa cəhd etməsi haqqında hər hansı bir fakt məlum deyil. Lavrov nəyə eyham vurur, yoxsa bu bəyanat Rusiyanın Ermənistanın daxili işlərinə müdaxiləsini legitimləşdirmək üçün səsləndirilib? Və ya Rusiya xarici işlər naziri rus KİV-lərini Ermənistan hakimiyyətinin hərəkətlərinin Soros Fondu kadrları tərəfindən istiqamətləndirilməsi haqqında dolduran informasiyaya əsaslanır?


Paşinyanı Moskvada çətin görüş gözləyir


Lavrov bu gün keçiriləcək Rusiya prezidenti Vladimir Putinin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü ilə bağlı "bizim üçün Ermənistanın yeni liderinin öz ölkəsindəki vəziyyətin inkişaf perspektivlərini necə qiymətləndirməsini eşitmək mühümdür. Biz, əlbəttə, bu vəziyyətdə Ermənistanın KTMT qarşısındakı öhdəliklərinə necə baxıldığına laqeyd qala bilmərik, biz hesab edirik ki, bu öhdəliklər qüvvədədir, onları, o cümlədən bizim təşkilatın etibarı və nüfuzunun möhkəmləndirilməsilə bağlı öhdəlikləri tam həcmdə yerinə yetirmək lazımdır” deyib. Lavrovun eyhamları şəffafdır: Rusiya əks halda Ermənistanın KTMT-də problemlərinin, dəqiq desək, bu təşkilatın baş katibi vəzifəsilə bağlı olaraq problemlərinin yaranacağına eyham vuraraq, mahiyyətcə Ermənistan hakimiyyətinə keçmişdə edilən cinayətlərin üstünün açılması prosesinin ləğv edilməsini təklif edir.
Lavrovun sözlərindən aydın olur ki, Putin-Paşinyan görüşü rəsmi olmayacaq və çox güman ki, Moskva bu görüşün gedişində Yerevandan izahat almağa çalışacaq. Lavrovun təminatlarına baxmayaraq, Moskva Ermənistanın daxili siyasətinə, bunun nəticələrinin tez və ya gec xarici siyasətdə də ortaya çıxacağından əmin olduğundan, birbaşa təsir etməyə çalışır. Nikol Paşinyanı Moskvada çətin görüş gözləyir, çünki Moskva mahiyyətcə ondan Ermənistanın Rusiyadan asılılığının əsaslarının toxunulmazlığını, başqa sözlə, keçmişdə edilən və kriminal oliqarxiyanı Rusiyanın Ermənistandakı siyasətinin iki onillik ərzində söykəndiyi seqmenti institusional müstəvidə dağıdacaq cinayətlərin təhqiqatının durdurulmasını tələb edir. Aydındır ki, Ermənistan rəhbərliyi Moskvanın bu tələbini qəbul edə bilməz.


Ermənistan Rusiya ilə münasibətləri getdikcə korlayır


Məqalədə qeyd olunur ki, Moskva üçün Ermənistanın daxili siyasi gündəliyi Ermənistana təzyiq etmək və xarici siyasət sferasında ondan güzəştlər qoparmaqdan ötrü sadəcə bir bəhanədir: "Hər iki dövlət başçısına olan münasibət növbəti dəfə göstərdi ki, İlham Əliyev V.Putinin nüfuzlu dostudur, Paşinyan isə hörmətsiz adi qonağıdır. Nə olursa-olsun, bundan sonra aydın olan odur ki, Yerevanda və Moskvada artıq, demək olar, açıq mətnlə münasibətlərdə böhrandan danışırlar. Şübhəsiz, münasibətlərdəki böhran aradan qaldırılmalıdır, lakin aydındır ki, Ermənistanın inqilab sonrası ilk aylardakı xarici siyasəti həddindən artıq qeyri-məqsədyönlü və qeyri-effektli olub. Və Ermənistan hökuməti primitiv, qeyri-peşəkar yanaşmaları istisna edərək, məhz bu sahəyə yenidən baxmalıdır”.
Beləliklə, "1in.am” saytının bu yazısından bəlli olur ki, Ermənistan Rusiya ilə münasibətləri getdikcə korlayır. Belə vəziyyətdə Rusiyanın dəstəyindən məhrum olan Ermənistanın çöküşünün daha sürətli xarakter alacağı qətiyyən şübhə doğurmur.

Elçin CƏFƏROV,
"Azərbaycan”

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM