08 Sentyabr 2018 00:27
823
Təhsil
A- A+

“Kaspi” Təhsil Şirkəti birillik fəaliyyətinə dair hesabat verib


Sentyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi” Təhsil Şirkətinin 2017-2018-ci tədris ilindəki fəaliyyətinin yekunlarına həsr edilən tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə "Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib.

Müasir dünyada təhsilin mühüm rolunu diqqətə çatdıran S.Vəliyeva Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb.

"Kaspi” Təhsil Şirkətinin inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verən S.Vəliyeva bildirib ki, bu qurum 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan mərkəz kimi fəaliyyətə başlayıb. Ötən 11 ildə qurum fəaliyyətini genişləndirərək iki lisey, beş uşaq bağçası, 11 filial, 11 yerli nümayəndəlik açıb və "şirkət” statusunu qazanıb.

Şirkətin uğurlarından söz açan S.Vəliyeva deyib ki, qazanılan yüksək nəticələrin əsas səbəblərindən biri bilik səviyyəsinə uyğun dərəcə qruplarının təşkil olunması və davamlı təkrar proqramının tətbiq edilməsidirsə, digər səbəbi də şagird-müəllim-valideyn əməkdaşlığının qurulmasıdır.

Tədbirdə şirkətin "Kaspi Abituriyent” kursları, Kaspi liseyləri və digər xidmətlərinin nəticələri haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında "Kaspi”nin məzunu Nərmin Balakişiyeva 700 bal, Firudin Heydərov isə 695 bal toplayaraq Prezident təqaüdçüsü olublar.

Ümumilikdə isə "Kaspi Abituriyent” kurslarının ali məktəblərə qəbul nəticəsi 96 faiz təşkil edib. Belə ki, 26 abituriyent qəbul imtahanlarında 600-dən, 72 abituriyent 500-dən, 112 abituriyent 400-dən yuxarı bal toplayıb.

Bakı, Sumqayıt, Gəncə şəhərlərində fəaliyyət göstərən "Kaspi” artıq regionlarda da (Lənkəran, Masallı, Yardımlı, Cəlilabad, Ağcabədi, Bərdə, Mingəçevir, Quba, Xırdalan, Saray və Bakıxanov və s.) nümayəndəliklərini yaradıb.

Vurğulanıb ki, hazırda "Kaspi”nin məzunları Azərbaycanın və xarici ölkələrin nüfuzlu universitetlərində uğurla təhsil alırlar.

"Kaspi” Təhsil Şirkətinin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.

Sonra "Kaspi”nin filiallarının direktorları Rəsul Ağayev, Rövşən Abbasov abituriyent hazırlığında builki nəticələrdən bəhs edib, təhsilin inkişafı ilə bağlı fikirlərini bölüşüblər.

"Kaspi” liseyinin direktoru vəzifəsini icra edən Məhəmməd Nağıyev bildirib ki, liseylərin orta bal göstəricisi 540 bal olub. Liseylərin digər uğuru isə builki buraxılış imtahanlarında respublikada bütün özəl məktəblər arasında birinci yerə çıxmasıdır.

Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər və onların valideynləri ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıblar.

Qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə və onların müəllimlərinə "Kaspi” Təhsil Şirkəti tərəfindən hədiyyələr təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video