Alternative content

11:52 14 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi ilə bağlı tədbirlər keçirilib
Hərbi qulluqçuların psixoloji sahədə maarifləndirilməsi ilə bağlı tədbirlər keçirilib
ANA SƏHİFƏ / CƏMİYYƏT
00:26 08.09.2018


Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi tərəfindən cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların iştirakı ilə psixoloji işin təşkilinə dair tədbirlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi hissələrin psixoloqları ilə "Hərbi qulluqçunun fərdi - psixoloji xüsusiyyətlərinin öyrənilməsi” mövzusunda keçirilən təlim-metodiki məşğələlərdə xidmətə yeni çağırılan və döyüş növbətçiliyinə yeni cəlb olunan hərbi qulluqçuların uyğunlaşma dövrünə xüsusi diqqətin yetirilməsi qeyd edilib. Eləcə də hərbçilərə fərdi-psixoloji işə dair təlimat və tövsiyələr verilib.

Bundan əlavə, "Hərbi hissələrdə psixoloji işin təşkili və aparılması”, "Hərbi kollektivlərdə sosial psixoloji proseslərin öyrənilməsi” və "Hərbi qulluqçularla iş zamanı psixoloji amillərin rolu” mövzularında seminar məşğələlər keçirilib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM