08 Sentyabr 2018 00:24
256
SİYASƏT
A- A+

Bu gün Azərbaycan dünyada tolerantlıq diyarı kimi tanınır


Qırğızıstanın Çolpon-Ata şəhərinin yaxınlığındakı "Nomad” Mədəniyyət Mərkəzində MDB iştirakçısı olan ölkələrin Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının XXV iclası keçirilib.

Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) bölmə müdiri Nazim Xıdırov, Rusiyanın TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Kalmıkov, Qırğızıstanın "Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Kubanıçbek Taabaldiev, Belarus Teleqraf Agentliyinin baş direktoru İrina Akuloviç, Qazaxıstanın "Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Askar Umarov, MDB İcraiyyə Komitəsinin şöbə müdiri İqor Qriqoryev iştirak ediblər.

İclasda Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin müavini Aynura Temirbekova çıxış edərək İssık-Kul gölünün sahillərində keçirilən III Dünya Köçəri Oyunları haqqında məlumat verib. O, MDB ölkələrində turizmin daha da inkişafının vacibliyindən danışıb, oyunlarda 30-dan çox ölkənin mədəniyyət xadimlərinin iştirak etdiklərini bildirib.

TASS Agentliyinin baş direktorunun birinci müavini Mixail Kalmıkov bildirib ki, III Dünya Köçəri Oyunları idmanın və ümumilikdə insanlığın inkişafına böyük töhfə verir: "MDB İnformasiya Şurasının iclası III Dünya Köçəri Oyunları çərçivəsində keçirildiyindən elə bilirəm, MDB ölkələrində daxili turizmin inkişaf etdirilməsi haqqında daha çox danışmalıyıq. III Dünya Köçəri Oyunlarının böyük əhəmiyyəti var. Belə ki, burada həm ümumi problemlərimizlə bağlı fikir mübadiləsi aparırıq, həm də qırğız xalqının tarixi, mədəniyyəti, milli mətbəxi ilə bir daha tanış oluruq”.

Qırğızıstanın "Kabar” Milli İnformasiya Agentliyinin baş direktoru Kubanıçbek Taabaldiev rəhbərlik etdiyi media qurumunun fəaliyyətindən danışıb. O bildirib ki, "Kabar” əvvəllər qırğız, rus, ingilis və türk dillərində informasiyalar yayırdısa, hazırda oxuculara ərəb və çin dillərində də xəbərlər çatdırır. "Biz bu şəbəkəni genişləndirmək əzmindəyik”, - deyən K.Taabaldiev qeyd edib ki, biz dünyanın informasiya agentlikləri ilə əlaqələrimizi genişləndiririk. "Kabar” III Dünya Köçəri Oyunlarının əsas informasiya yayımçısıdır, müxbirlərimiz İssık-Kulda keçirilən idman yarışlarını geniş işıqlandırırlar.

AZƏRTAC-ın bölmə müdiri Nazim Xıdırov çıxışında qeyd edib ki, hazırda Azərbaycanda turizmin inkişafına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərilir. Bunun da nəticəsində Azərbaycana gələn turistlərin sayı ildən-ilə artır. Ölkəmizdə çoxsaylı beynəlxalq forumlar və idman yarışları keçirilir. Bu da Azərbaycana olan marağı artırır. Bu gün Azərbaycan da dünyada tolerantlıq diyarı kimi tanınır.

Belarus Teleqraf Agentliyinin baş direktoru İrina Akuloviç, Qazaxıstanın "Kazinform” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Askar Umarov və digərləri çıxışlarında əməkdaşlığın daha da inkişafı istiqamətində görüləcək işlərdən danışıblar.

İclas başa çatdıqdan sonra iştirakçılar "Kırçın” etnoşəhərciyində olublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video