Alternative content

19:56 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Beynəlxalq məhkəmə arakanlı müsəlmanların xeyrinə qərar çıxardı
Beynəlxalq məhkəmə arakanlı müsəlmanların xeyrinə qərar çıxardı
ANA SƏHİFƏ / DÜNYA
00:16 08.09.2018


Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsi (BCM) Myanma hökumətinin Arakan ştatında müsəlman əhalisinə qarşı törətdiyi cinayətlərlə bağlı məhkəmə araşdırmasının başlanmasına sanksiya vermişdir. Bu barədə "Anadolu” agentliyi xəbər verir.

Məhkəmədə Arakan ştatından 700 min müsəlmanın Banqladeşə qovulması faktı araşdırılacaq. Sənəddə deyilir ki, ilkin təhqiqat dövründə hərtərəfli araşdırmanın başlanması üçün kifayət qədər sübut toplanmalıdır.

Xatırladaq ki, iyun ayında BCM Myanma hökumətinə iyulun 27-dək 700 min müsəlmanın Banqladeşə deportasiyası ilə bağlı iddia üzrə yazılı izahat təqdim etməyi tapşırmışdı.