Alternative content

20:23 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hokkaydoda zəlzələ qurbanlarının sayı 16-ya çatdı
Hokkaydoda zəlzələ qurbanlarının sayı 16-ya çatdı
ANA SƏHİFƏ / DÜNYA
00:16 08.09.2018


Yaponiyanın şimalında yerləşən Hokkaydo adasında baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 16 nəfərə çatmışdır. Yeraltı təkan 350 nəfərdən çox adamın yaralanmasına səbəb olmuşdur. 26 nəfər itkin düşmüş hesab olunur. Bu barədə "Rosbalt” agentliyi xəbər verir. Xatırladaq ki, srağagün gecə Hokkaydoda Rixter cədvəli ilə 6,7 bal gücündə zəlzələ baş vermişdir. Yeraltı təkanın episentri İbura rayonunda olmuş, ocaq 37 kilometr dərinlikdə qeydə alınmışdır.

Atsuma qəsəbəsinin yaxınlığında yeraltı təkanın gücü 7 bala çatmışdır. Zəlzələ zamanı orada torpaq sürüşmələri baş vermişdir. Axtarış və xilasetmə işləri bütün gecə davam etmişdir. Adanın, demək olar ki, hər yerində işıq kəsilmişdi. Üç milyon ev işıqsız qalmışdı. Dünən səhər 964 min evdə işığı bərpa etmək mümkün olmuşdur. Tam bərpa təxminən bir həftə çəkəcək.

Yeni inşa olunmuş Titose hava limanı bağlanmışdır. Orada bütün reyslər təxirə salınmışdır.