Alternative content

23:40 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəsrədə komendant saatı elan edildi
Bəsrədə komendant saatı elan edildi
ANA SƏHİFƏ / DÜNYA
00:16 08.09.2018


Son iki aydır kütləvi etiraz aksiyalarının davam etdiyi İraqın Bəsrə əyalətində komendant saatı elan olunmuşdur. Bu barədə TASS agentliyi xəbər verir.

Müdafiə Nazirliyi yanında fəaliyyət göstərən Birgə Əməliyyatlar Komandanlığının bəyanatında nümayişçilərə ölkədə vəziyyətin normallaşması üçün təhlükəsizlik qüvvələrinə dəstək vermək çağırışı yer almışdır. İraq neftinin 80 faizinin istehsal olunduğu Bəsrə əyalətinin sakinləri iyulun 8-dən bəri suyun, işığın kəsilməsinə və işsizliyə etiraz əlaməti olaraq nümayiş keçirirlər. Asayiş keşikçilərinin odlu silahla müdaxiləsi nəticəsində indiyədək 20-dən çox nümayişçi öldürülmüş, yüzlərlə sakin yaralanmışdır.

Srağagün Bəsrə sakinləri yerli administrasiyanın binasına, dünən isə bələdiyyənin binasına od vurmuşlar.