Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

00:55 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakıda Əfqanıstanın milli bayramı qeyd edilib
Bakıda Əfqanıstanın milli bayramı qeyd edilib
ANA SƏHİFƏ / SİYASƏT
23:46 07.09.2018

Sentyabrın 7-də Bakıda Əfqanıstanın müstəqilliyinin 99-cu ildönümü münasibətilə qəbul təşkil olunub.
AZƏRTAC xəbər verir ki, qəbulda əvvəlcə Azərbaycanın və Əfqanıstanın dövlət himnləri səslənib.
Tədbirdə çıxış edən bu ölkənin Azərbaycandakı səfiri Məhəmməd Tağı Xəlili Əfqanıstan-Azərbaycan münasibətlərinin inkişafından danışaraq deyib: Ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən siyasi və iqtisadi sahədə əməkdaşlıq mövcuddur. 2017-ci ildə Azərbaycan "Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransını təşkil etməklə növbəti dəfə Əfqanıstana beynəlxalq siyasi dəstək nümayiş etdirdi. Konfrans çərçivəsində mühüm sənədlər imzalandı. Bu sənədlər siyasi, iqtisadi, təhsil, aviasiya sahələrini əhatə edir”.
Səfir bildirib ki, iki ölkə arasında münasibətlər səmimi dostluğa və qarşılıqlı hörmətə söykənir. Azərbaycan NATO-nun Əfqanıstandakı missiyasına sadiqdir və ölkəmizin etibarlı tərəfdaşıdır.
Azərbaycan xarici işlər nazirinin müavini Ramiz Həsənov çıxış edərək əlamətdar gün münasibətilə əfqan xalqını Azərbaycan hökuməti adından təbrik edib. O bildirib ki, iki ölkə arasında əlaqələr tarixi köklərə malikdir, hər iki xalqı tarix və mədəniyyət birləşdirir. Müxtəlif sahələrdə əlaqələrimiz sürətlə inkişaf edir. "Azərbaycanda keçirilən "Asiyanın Qəlbi - İstanbul Prosesi” çərçivəsində 7-ci nazirlər konfransı ölkələrimiz arasında münasibətlərin, o cümlədən iqtisadi əlaqələrin inkişafına xüsusi təkan verdi. Bakı-Tbilisi-Qars dəmir yolu xəttindən Əfqanıstanın da faydalanması bu ölkənin inkişafına böyük töhfə verəcək. ADA Universiteti tərəfindən əfqanıstanlı tələbələrin bu təhsil ocağında təhsil almaları üçün yaxşı imkan yaradılıb. Həmçinin Azərbaycan Əfqanıstandakı sülhməramlılarının sayını 120-yə çatdırıb”, - deyə Ramiz Həsənov vurğulayıb.

Nazir müavini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Əfqanıstanın ölkəmizin ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsini yüksək qiymətləndirib.
Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, səfirlər, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM