Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:17 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
ANA SƏHİFƏ / SİYASƏT
23:44 07.09.2018

Sentyabrın 7-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfovun iştirakı ilə ölkədəki mövcud dini duruma həsr olunmuş müşavirə keçirilib. Tədbirdə DQİDK-nın rəhbərliyi, eləcə də Mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

DQİDK-dan AZƏRTAC-a bildiriblər ki, Komitə sədri Mübariz Qurbanlı ölkəmizdə mövcud dini durum, dini maarifləndirmə sahəsində həyata keçirilən tədbirlər və müzakirə olunacaq məsələlər barədə ətraflı məlumat verib. Qeyd edib ki, Dövlət Komitəsinin bütün respublika üzrə dini maarifləndirmə məqsədilə keçirdiyi tədbirlər öz bəhrəsini verir və bu fəaliyyət ardıcıl olaraq davam etdirilməlidir. Respublikamızın bütün şəhər və rayonlarında davamlı olaraq milli-mənəvi, dini dəyərlərimizin, həmçinin Azərbaycanın tolerantlıq və multikultural ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Məhərrəm ayının başlanması münasibətilə DQİDK-nın qəbul etdiyi tədbirlər planı və nəzərdə tutulan işlər barədə ətraflı danışıb. Bildirib ki, qəbul edilən plana əsasən Dövlət Komitəsi öz fəaliyyətini bir neçə istiqamətdə quracaq. Buraya maarifçilik, izahat işlərinin aparılması, monitorinqlər və s. daxildir. Eyni zamanda, Dövlət Komitəsi paytaxtda və bölgələrdə Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə keçirilən qanvermə aksiyasına dəstək verəcək.

Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov görülmüş işlər, Məhərrəm ayında planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışıb, müvafiq tövsiyələrini verib.

Müşavirədə bölgə şöbə müdirləri dini durum, eləcə də görüləcək işlərlə bağlı məlumat veriblər. Dövlət Komitəsinin fəaliyyəti ilə bağlı digər məsələlər, o cümlədən dövlət-din münasibətləri, dövlətin dinə qayğısı, Azərbaycanın zəngin tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin qorunması və digər aktual məsələlərlə bağlı müzakirələr aparılıb. Qeyd olunub ki, Məhərrəm ayının başlanması ilə əlaqədar olaraq Aşura günü təziyə mərasimlərində Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ müharibəsi zamanı şəhid olan soydaşlarımız və qazilərimiz də anılmalı, bütün mərasim və tədbirlər qanun çərçivəsində təşkil edilməlidir. Müzakirə olunan məsələlərlə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM