Alternative content

21:26 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “TURAZ Şahini-2018” təlimləri davam edir
“TURAZ Şahini-2018” təlimləri davam edir
ANA SƏHİFƏ / SİYASƏT
23:37 07.09.2018

Konya şəhərində Türkiyə və Azərbaycanın hərbi hava qüvvələrinin cəlb olunduğu "TURAZ Şahini-2018” birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 3-dən başlayan təlimlər Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilir.

Qeyd edək ki, keçirilən təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə silahlı qüvvələri arasında təcrübə mübadiləsini həyata keçirməklə iki ölkənin hərbi hava qüvvələrinin qarşılıqlı fəaliyyətinə nail olmaqdır.