Alternative content

10:35 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əfqanıstanda “Taliban” silahlıları ilə döyüşdə 7 polis əməkdaşı həlak olub
Əfqanıstanda “Taliban” silahlıları ilə döyüşdə 7 polis əməkdaşı həlak olub
ANA SƏHİFƏ / DÜNYA
23:35 07.09.2018

"Taliban” hərəkatı silahlılarının Əfqanıstanın şimalında yerləşən Cauzcan əyalətindəki nəzarət-buraxılış məntəqələrinə hücumu nəticəsində 7 polis əməkdaşı həlak olub.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə əyalət şurasının rəhbəri Bəbir Eşqi bildirib.

Hücum sentyabrın 7-də səhər saatlarında başlayıb və bir neçə saat davam edib. Şura rəhbəri, həmçinin taliblərin də itkilərə məruz qaldığını deyib. Onun sözlərinə görə, hökumət əlavə qüvvələr göndərməsə, yaxınlıqda yerləşən rayonlar "Taliban” hərəkatının əlinə keçə bilər.

Qeyd edək ki, 2014-cü ildə Amerikanın hərbi kontingenti Əfqanıstanı tərk etdikdən sonra ölkənin cənub rayonlarının bir çoxu "Taliban” hərəkatının nəzarətinə keçib. Son zamanlar bəzi kənd rayonlarında üstünlüyə yiyələnən yaraqlılar böyük şəhərlər istiqamətində də hücumlarını davam etdirir. Həmçinin regionda İŞİD qruplaşması aktiv fəaliyyət göstərir.