Alternative content

14:00 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran, Türkiyə və Rusiya prezidentlərinin Tehranda keçirilən zirvə görüşü başa çatıb
İran, Türkiyə və Rusiya prezidentlərinin Tehranda keçirilən zirvə görüşü başa çatıb
ANA SƏHİFƏ / DÜNYA
17:45 07.09.2018

Sentyabrın 7-də İran, Türkiyə və Rusiya prezidentlərinin Tehranda keçirilən zirvə görüşü başa çatıb.
AZƏRTAC xəbər verir ki, zirvə görüşündən sonra hər üç prezident birgə bəyanatla çıxış ediblər.
Həsən Ruhani bildirib ki, danışıqlar müsbət nəticələnib və tərəflər bir sıra məsələlər ətrafında vahid mövqedən çıxış edəcəklər. Onun sözlərinə görə, ABŞ-ın Suriyadakı hərbi iştirakı qanunsuzdur və bunun qarşısı alınmalıdır.
Rusiya prezidenti Vladimir Putin diqqətə çatdırıb ki, Suriyanın İdlib bölgəsində təxribatlar hazırlanır. Bu da hərbi əməliyyatlara rəvac verir. Lakin hərbi əməliyyatların davam etməsi heç bir tərəfin maraqlarına uyğun deyil. V.Putin qeyd edib ki, Tehranda keçirilən görüş səmərəli olub və Suriya probleminin sülh yolu ilə həlli istiqamətində atılan əhəmiyyətli addımdır.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə bəyan edib ki, Suriya hökumətinin İdlib bölgəsində hərbi əməliyyatlar keçirmək niyyəti yolverilməzdir. Hərbi əməliyyat Türkiyəyə yeni qaçqın axınına səbəb olacaq. Türkiyədə 4 milyondan çox qaçqın var və onun bundan çox qaçqın qəbul etmək imkanı yoxdur. Türkiyə prezidenti münaqişənin uzun sürməsində ABŞ-ı günahlandırıb.
Qeyd edək ki, İran, Türkiyə və Rusiya prezidentlərinin növbəti zirvə görüşü Moskvada keçiriləcək.