Alternative content

21:41 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Xalq orduya güvənir, ordu xalqa arxalanır
Xalq orduya güvənir, ordu xalqa arxalanır
ANA SƏHİFƏ / SİYASƏT
16:42 07.09.2018

Ön xətdə yerləşən "N” hərbi hissəsində Müdafiə Nazirliyinin və "Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin "Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin nümayəndələrinin və hərbi hissənin şəxsi heyətinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə ümummilli lider Heydər Əliyevin, eləcə də Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Nazirliyin nümayəndələri çıxışlarında xüsusi vurğulayıblar ki, ordu və cəmiyyət həmişə bir-birini tamamlayıb. Xalq orduya güvənir, ordu xalqa arxalanır.

İctimai Birliyin təmsilçiləri Azərbaycanın regionda ən güclü orduya malik olması ilə qürur duyduqlarını bildirib, Silahlı Qüvvələrimizə sonsuz inamdan danışıblar. Qeyd edilib ki, əlillik insanın hərəkətini məhdudlaşdırsa da, bu, onların Vətəni sonsuz məhəbbətlə sevmələrinə mane ola bilməz.

Sonra tədbir konsert proqramı ilə davam edib.
Hərbi hissənin rəhbərliyi adından tədbirin təşkilatçılarına fəxri fərmanlar təqdim edilib.
Sonda qonaqlar əsgər süfrəsinə dəvət olunublar.