Alternative content

22:36 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Türkiyə və Rusiya prezidentləri Tehrana gəliblər
Türkiyə və Rusiya prezidentləri Tehrana gəliblər
ANA SƏHİFƏ / DÜNYA
16:40 07.09.2018

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bu gün İranda keçiriləcək üçtərəfli görüşdə iştirak etmək üçün Tehrana gəliblər.

AZƏRTAC xəbər verir ki, hər iki dövlət başçısını İranın yüksək vəzifəli şəxsləri qarşılayıblar. Onlar İran prezidenti ilə görüşmək üçün "Espinas Palas” otelinə yola düşüblər.

Xatırladaq, zirvə görüşündə Suriyada yaranmış vəziyyət və problemin həlli məsələsi müzakirə ediləcək. Yerli mətbuatının verdiyi məlumatlara görə, Türkiyə və Rusiya prezidentləri İran İslam Respublikasının Ali Lideri Seyid Əli Xamneyi ilə də görüşəcəklər. Bundan başqa, zirvə görüşündə ABŞ-ın hər üç ölkəyə tətbiq etdiyi iqtisadi sanksiyalar və İranın nüvə proqramı da müzakirə mövzusu olacaq.