Alternative content

16:33 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirəkəşkül-Qobustan qəsəbəsində
Daşınmaz əmlakın səyyar qeydiyyat xidmətləri Pirəkəşkül-Qobustan qəsəbəsində
ANA SƏHİFƏ / CƏMİYYƏT
15:49 07.09.2018

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) səyyar formada daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətlərini göstərən "Əmlakını qeydiyyata al, mülkiyyətinə sahib ol” sosial aksiyası növbəti dəfə Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsinin sakinləri üçün keçiriləcək.

Komitədən AZƏRTAC-a bildirilib ki, təşkil olunacaq kampaniyanın mobil ofisləri Abşeron rayonu, Pirəkəşkül-Qobustan qəsəbəsi, Məmmədəmin Rəsulzadə küçəsi 1 (Qobustan icra nümayəndəliyinin yanında) ünvanında fəaliyyət göstərəcək. Qəsəbə sakinləri sentyabrın 10-14-də 09:00-dan 17:00-dək fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklarla bağlı operativ qeydiyyat xidmətləri üçün müraciət edə bilər.

Vətəndaşa yönəlik sosial kampaniyaların reallaşması hər kəsin qanunvericiliyə uyğun olaraq mülkiyyət hüquqlarından daha geniş və rahat şəkildə yararlanmasını təmin edir. Əlçatanlıq və məmnunluq prinsplərinə əsaslanan daşınmaz əmlakın bütün qeydiyyat xidmətləri vətəndaşların olduğu məkanda göstərilir.

Kampaniya başladığı vaxtdan Abşeron rayonu üzrə 8 qəsəbənin (Ceyranbatan, Saray, Məmmədli, Digah və digərləri) sakinlərini səyyar şəkildə yüksəkkeyfiyyətli xidmətlərlə təmin edib. Sosial əhəmiyyətli layihə çərçivəsində 650-ə yaxın vətəndaş müraciətinin qəbul edilməsinə nail olunub. Hər bir müraciətə komitə əməkdaşları tərəfindən həssaslıqla yanaşılıb, sakinlərə qanunvericiliyə uyğun olaraq xidmətlər göstərilib.

Hazırda kampaniya Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi, Həzi Cavadov küçəsi 1 (qəsəbə icra nümayəndəliyinin qarşısı) ünvanında fəaliyyət göstərir. Sakinlər mobil ofislərə yaxınlaşaraq, daşınmaz əmlakla bağlı xidmətlərdən yararlana bilər.