Alternative content

06:12 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Samir Şərifov: Borc sazişləri üzrə alınan məbləğlər tam istifadə olunmayıb
Samir Şərifov: Borc sazişləri üzrə alınan məbləğlər tam istifadə olunmayıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:40 07.09.2018

Borc sazişləri üzrə alınan məbləğlər tam istifadə edilməyib.
AZƏRTAC xəbər verir ki, bu barədə maliyyə naziri Samir Şərifov jurnalistlərə müsahibəsində deyib.

Nazir bildirib ki, imzalanan borc sazişləri üzrə məbləğlərin istifadə olunması düşünülür. Bu məbləğlər konkret layihələr üçün nəzərdə tutulub: "Xarici borcların qaytarılmasında dövlətin marağı prosesin limit çərçivəsində olmasıdır. Dünyada borcu olmayan dövlət demək olar ki, yoxdur. Onların ya daxili, ya xarici, yaxud da hər ikisinin kombinasiyasından ibarət borcu var. Bu istiqamətdə ölkə başçısı tərəfindən uzunmüddətli borcun idarəedilməsi strategiyası təsdiq olunub. Burada əsas hədəflər göstərilib və strategiyaya da uyğun işlər aparılacaq”.