Alternative content

02:51 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya Prezidenti Azərbaycana səfər edəcək
Rusiya Prezidenti Azərbaycana səfər edəcək
ANA SƏHİFƏ / SİYASƏT
15:36 07.09.2018

Rusiya Prezidenti Vladimir Putin sentyabrın axırlarında Azərbaycana səfər edəcək.

Bundan əlavə, sentyabrın 27-28-də Rusiya dövlətinin başçısı Tacikistanın paytaxtı Düşənbədə MDB ölkələrinin liderlərinin görüşündə iştirak edəcək. Oktyabrda Vladimir Putinin Özbəkistana səfəri planlaşdırılır.

Rusiya dövlətinin başçısının beynəlxalq məsələlər üzrə köməkçisi Yuri Uşakov bu barədə "İzvestiya” qəzetinə məlumat verib.

AZƏRTAC xəbər verir ki, Y.Uşakovun sözlərinə görə, bu ilin sonuna qədər Rusiya öz ölkəsinin, İranın və Azərbaycanın prezidentlərinin iştirak edəcəyi üçtərəfli sammitə ev sahibliyi edəcək.