Alternative content

14:09 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gürcüstan mətbuatı Prezidenti İlham Əliyevin Xorvatiya səfərinə geniş yer verib
Gürcüstan mətbuatı Prezidenti İlham Əliyevin Xorvatiya səfərinə geniş yer verib
ANA SƏHİFƏ / SİYASƏT
15:36 07.09.2018

Gürcüstan mətbuatı Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyaya səfərini geniş işıqlandırıb.
Böyük oxucu auditoriyasına malik http://kavkasia.net/ portalı AZƏRTAC-a istinadla səfər haqqında silsilə materiallar yayımlayıb.
Xəbərlərdə Prezident İlham Əliyevin Xorvatiyadakı çıxışlarından sitatlar yer alıb. Dövlətimizin başçısının Azərbaycanda qaz ehtiyatlarının 2,6 trilyon kubmetr təşkil etdiyi, qaz hasilatının artırılması, təbii qazın Avropaya nəqlinin coğrafiyasının genişləndirilməsi, Cənub Qaz Dəhlizi, TAP və TANAP barədə fikirləri oxucuların diqqətinə çatdırılıb.
Eyni zamanda, Azərbaycanın Avropa İttifaqı, NATO ilə münasibətlərinin yüksək səviyyədə olması, ölkəmizin regional əlaqələrə, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfə xüsusi qeyd edilib.