Alternative content

08:16 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Baş nazirin birinci müavini: Ölkədəki sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə artıb
Baş nazirin birinci müavini: Ölkədəki sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə artıb
ANA SƏHİFƏ / İQTİSADİYYAT
15:25 07.09.2018

Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,2 dəfə, hüquqi şəxslərin sayı 1,9 dəfə, kiçik müəssisələrin sayı 2 dəfə, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı isə 5 dəfə artıb.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 7-də Bakıda keçirilən "Azərbaycan Rəqabətlilik Forumu 2018”də Baş nazirin birinci müavini Yaqub Eyyubov deyib.

"2003-cü ildə ÜDM-də özəl sektorun payı 74 faiz olubsa, 2018-ci ildə bu rəqəm 83 faizi ötüb. 2017-ci ildə qeyri-neft sektorunda 2,7 faiz iqtisadi artım qeydə alınıb. Məşğulluqda qeyri-neft sektorunun payı 2003-cü ildə 68 faiz olduğu halda 2018-ci ildə bu göstərici 73 faizə çatıb”, - deyə Yaqub Eyyubov qeyd edib.