Alternative content

11:26 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kənd təsərrüfatı naziri yeni təsis olunan xurma istehsalçıları və ixracatçıları assosıasıyasının üzvlərı ilə görüşüb
Kənd təsərrüfatı naziri yeni təsis olunan xurma istehsalçıları və ixracatçıları assosıasıyasının üzvlərı ilə görüşüb
ANA SƏHİFƏ / CƏMİYYƏT
11:26 07.09.2018

Kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə xurma istehsalı, emalı və ixracatı ilə məşğul olan fermer və sahibkarlarla görüşüb.

AZƏRTAC xəbər verir ki, nazirliyin əsas fəaliyyət prinsiplərindən birinin fermerlərlə sıx əməkdaşlıq etmək olduğunu deyən İnam Kərimov bu məqsədlə müxtəlif sahələr üzrə ixtisaslaşmış assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini bildirib. Nazir Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradıldığını xatırladıb, DAİM-lərin xidmətyönümlü fəaliyyət göstərəcəyini qeyd edib.

Görüşdə çıxış edən fermer və sahibkarlar xurma istehsalçıları və ixracatçılarının bir araya gələrək assosiasiya yaratmaq təşəbbüsü ilə çıxış etdiklərini deyiblər. Yeni assosiasiya Azərbaycanın 11 rayonunda 59-dək xurmaçı və xurmaçılıq sahəsində çalışan şirkət və fermerləri öz sırasında birləşdirəcək. Yaradılacaq assosiasiyanın illik istehsal gücü 6000 ton, ixracat potensialı isə 5400 tondur. Qeyd olunub ki, yeni assosiasiyanın yaradılmasında məqsəd Azərbaycanda xurma bağlarının sayının artırılması, xurma istehsalının genişləndirilməsi və ixracatın maksimum səviyyəyə çatdırılmasıdır.

Çıxış edən fermer və sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirmək siyasətini dəstəklədiklərini bildiriblər.

Görüşdə xurma istehsalı və emalı sahəsində mövcud vəziyyət dəyərləndirilib, ölkənin ixracat potensialının artırılması üçün təkliflər irəli sürülüb.