Alternative content

19:54 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ələtdə fəaliyyət göstərəcək Azad Ticarət Zonası 130 milyon nəfərlik bazara xidmət edəcək
Ələtdə fəaliyyət göstərəcək Azad Ticarət Zonası 130 milyon nəfərlik bazara xidmət edəcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
11:24 07.09.2018

Ələt qəsəbəsində fəaliyyət göstərəcək Azad Ticarət Zonasının Cənubi Qafqaz, Mərkəzi Asiya, İran, Cənubi Rusiya və Türkiyənin daxil olduğu 130 milyon nəfərlik bazara xidmət etməsi planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 7-də Bakıda keçirilən "Azərbaycan Rəqabətlilik Forumu 2018”də Baş nazirin birinci müavini Yaqub Eyyubov deyib.
Baş nazirin birinci müavini bildirib ki, Azərbaycanın Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşməsi onu beynəlxalq nəqliyyat qovşağına çevirir.