07 Sentyabr 2018 10:37
342
İQTİSADİYYAT
A- A+

Yaqub Eyyubov: 2003-2017-ci ildə Azərbaycana 236 milyard dollar investisiya qoyulub


2003-2017-ci ildə bütün mənbələrdən Azərbaycana 236 milyard ABŞ dolları dəyərində investisiya qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin birinci müavini Yaqub Eyyubov sentyabrın 7-də Bakıda işə başlayan "Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib.

Yaqub Eyyubov bildirib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatında yüksək inkişaf templəri müşahidə edilib. Bu dövrdə ÜDM 3,6 dəfə artıb, özəl sektorun ÜDM-də xüsusi çəkisi 83,8 faizə çatıb. Qeyri-neft sektorunda son 15 ildə orta illik artım tempi 8,1 faiz olub.

"2003-2017-ci illərdə qeyri-neft sənayesində 2,6 dəfə, kənd təsərrüfatında 1,8 dəfə, tikintidə 4,9 dəfə, ticarətdə 4,5 dəfə, turizm sektorunda 20,2 dəfə, nəqliyyat sektorunda 3,1 dəfə və rabitə sektorunda 14,5 dəfə iqtisadi artım qeydə alınıb”, - deyə Baş nazirin birinci müavini qeyd edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video