07 Sentyabr 2018 10:32
266
DÜNYA
A- A+

Yaponiyada güclü zəlzələ nəticəsində həlak olanların sayı 16-ya çatıb


Yaponiyanın şimalındakı Hokkaydo adasında baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların sayı 16-ya çatıb, 26 nəfərin itkin düşdüyü bildirilir.
AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Baş nazir Şinzo Abe Nazirlər Kabinetinin sentyabrın 7-də səhər saatlarında keçirilən iclasında məlumat verib.

Xəbər verdiyimiz kimi, sentyabrın 6-da səhər saatlarında Hokkaydo adasının İbura rayonunda baş verən 6,7 bal gücündə zəlzələ geniş ərazidə dağıntılara səbəb olub. Yeraltı təkanların ocağı 37 kilometr dərinlikdə yerləşib.
Dağıntıların daha çox baş verdiyi Atsuma qəsəbəsində axtarış-xilasetmə işləri bütün gecə davam etdirilib.

Adaya elektrik enerjisinin verilişi, demək olar ki, bütünlüklə kəsilib. Üç milyona yaxın ev təsərrüfatı elektrik enerjisiz qalıb. Sentyabrın 7-də səhər bu evlərdən 964 mininə enerji verilişi bərpa edilib. Elektrik enerjisinin tam verilişi üçün bir həftə vaxt lazım olduğu bildirilir.

Zəlzələ nəticəsində ciddi ziyan dəymiş "Titoşe” aeroportunun işi hələ də bərpa edilməyib. Həmin aeroportda bu günə təyin edilmiş bütün reyslər ləğv olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video