Alternative content

00:19 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan deportasiya edilən azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə müraciət olunur
Ermənistan deportasiya edilən azərbaycanlıların hüquqlarının bərpası ilə bağlı Avropa Məhkəməsinə müraciət olunur
ANA SƏHİFƏ / CƏMİYYƏT
10:31 07.09.2018

"Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin edilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” layihəsinin icrasına başlayıb.

İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, layihənin məqsədi 1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələrinin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıların dədə-baba yurdu olan Ermənistan ərazisindən deportasiyası məqsədilə onların evlərinə basqın edərək əmlaklarının qanunsuz ələ keçirilməsi, pozulmuş əmlak hüquqlarının bərpası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələrinə şərait yaratmaqdır. Aparılmış araşdırmaların, elmi-tədqiqat işlərinin, mövcud arxiv sənədlərinin əsasında müəyyən edilib ki, azərbaycanlıların deportasiyası dövründə soydaşlarımızın kolxozlarda olan illik əmək haqları ermənilər tərəfindən mənimsənilib. Həmçinin bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməyərək, məcburiyyətdən geniş həyətyanı torpaqlarını, mülklərini və evlərini tərk ediblər. Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlakları da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil edir.

1988-ci ildən Ermənistandan deportasiya edilən azərbaycanlıların pozulmuş əmlak hüquqlarının bərpasına nail olmaq, onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini Ermənistan dövlətinin üzərinə qoymaq üçün hazırlanmış material və sənədlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndəriləcək, bununla bağlı faktlar Avropa və dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.

Avropa Şurasının üzvü olan Ermənistandan 1988-ci ildən deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin etməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin başlanması üçün artıq sənədlərin qəbuluna start verilib. İlkin müraciətlər onlayn formada doldurulur Elektron müraciət linki:

Hüquqları pozulmuş soydaşlarımız "Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinə dəvət olunaraq məlumatlandırılır. Onların lazımi sənədlərinə baxıldıqdan sonra müraciətlərin başlanması üçün kömək göstərilir, dəymiş ziyan hesablanaraq təzminat tələb edilir. Bunun üçün 1988-ci ildən Qərbi Azərbaycandan məcburən köçürülən soydaşlarımızın İctimai Birliyin ofisinə (Bakı şəhəri, İstiqlaliyyət pr-57, Bakı AZ1001, 012 497 56 65, 050 263 02 66 (layihə rəhbəri), e-mail: [email protected]) gələrkən əllərində olan sənədləri də gətirmələri xahiş olunur.

Layihənin icrasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, Dövlət Arxiv İdarəsi, Qarabağ Araşdırma Mərkəzi kimi bir sıra dövlət təşkilatlarının köməyindən də istifadə ediləcək.