Alternative content

23:39 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ermənistan ordusunda xidmət etməyə əsgər tapmayan Nikol Paşinyan görəsən Suriyaya kimi göndərəcək?
Ermənistan ordusunda xidmət etməyə əsgər tapmayan Nikol Paşinyan görəsən Suriyaya kimi göndərəcək?
ANA SƏHİFƏ / DÜNYA
09:26 07.09.2018

Ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan erməni əsgərlərinin Rusiya bayrağı altında Suriyaya göndərilə biləcəyini bildirib. Bir sözlə, Ermənistan ordusunun hərbçiləri Rusiya Silahlı Qüvvələri tərkibində Suriyada Bəşər Əsəd rejiminin əleyhdarlarına qarşı hərbi əməliyyatlarda iştirak edəcək. Artıq bununla bağlı məsələnin həllinin tapıldığı barədə erməni KİV-lərində yazılar yayımlanmaqdadır.

Qeyd edim ki, bu ermənilərin Suriyada Bəşər Əsəd tərəfində döyüşməsi ilə bağlı ilk fakt deyil. Dünyanın nüfuzlu media orqanlarında ermənilərin Hələb və başqa şəhərlərdə müsəlmanlara, əsasən də mülki şəxslərə qarşı qətliam törətməsi barədə dəfələrlə məlumatlar, foto və video görüntülər yayılıb.

Bu sözləri analitik Ehtiram Aşırlı işğalçı ölkənin Baş naziri Nikol Paşinyanın erməni əsgərlərinin Suriyaya göndərilməsi ehtimalı ilə bağlı AZƏRTAC-a açıqlamasında deyib.

E.Aşırlı deyib: "Xüsusilə "Ərəb baharı” dönəmindən sonra Suriyada 100-150 min ermənidən ibarət hərbi birləşmələr fəaliyyət göstərir. Nikol Paşinyan bu addımı atmaqla, həmçinin Rusiya ilə münasibətlərdə yaranmış soyuqluğu aradan qaldırmağa çalışır. Lakin Paşinyanın bu hərəkətinin müsbət qarşılanacağı hələ sual altındadır. Rusiya tərəfindən müsbət qarşılansa da, daxildə etirazlara səbəb ola bilər. Çünki ermənilər işğal altında olan Dağlıq Qarabağa xidmət etməyə əsgər göndərə bilmirlər. Bəs, erməni xalqı necə razı olar ki, öz balalarını Suriyada döyüşməyə göndərsin? Digər tərəfdən, ordusunda xidmət etməkdən boyun qaçırıb intihar cəhdlərinə baş vuran erməni hərbi qulluqçuları gedib Suriyada döyüşəcəkmi? Maraqlıdır, Paşinyan Suriyaya kimi göndərəcək?