Alternative content

13:41 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan idmançısı III Dünya Köçəri Oyunlarında qızıl medal qazanıb
Azərbaycan idmançısı III Dünya Köçəri Oyunlarında qızıl medal qazanıb
ANA SƏHİFƏ / İDMAN
09:24 07.09.2018

Azərbaycan idmançısı Cəlal Süleymanov (60 kq) Qırğızıstanın ev sahibliyi etdiyi III Dünya Köçəri Oyunlarında milli güləş növü üzrə yarışda qızıl medal qazanıb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, finala vəsiqə uğrunda qazaxıstanlı rəqibinə qalib gələn Cəlal Süleymanov bu gün keçirilən həlledici görüşdə Qırğızıstan təmsilçisini məğlubiyyətə uğradaraq qızıl medala sahib olub.

Qızıl medalı güləşçimizə III Dünya Köçəri Oyunlarına Azərbaycandan qonaq kimi dəvət edilən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli təqdim edib.

Azərbaycandan dəvət olunan nümayəndə heyətinin digər üzvləri - Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və "Xalq qəzeti”nin baş redaktoru Həsən Həsənov da fəxri kürsüdə yer alan idmançılara medallar təqdim ediblər.

"Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və "Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev də yarışları izləyirlər.

Beləliklə, Azərbaycan milli komandası III Dünya Köçəri Oyunlarında qazandığı medalların sayını 14-ə çatdırıb. Medalların 1-i qızıl, 5-i gümüş, 8-i bürüncdür.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

İssık-Kul