Alternative content

03:13 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Oxucuların suallarına cavab verir
Oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
12:09 18.09.2011

 

Satılan dərman vasitələrinin əksəriyyəti xarici ölkələrin istehsalıdır. Onların bir çoxunda istehlak xassələri və istifadə qaydaları xarici dildə olur. Bu isə həmin dərman vasitələrindən istifadəni çətinləşdirir. Bilmək istərdim, bu hal qanuna nə dərəcədə uyğundur?

 

Sənubər Ələkbərli,

Bakı şəhəri

 

"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci hissəsinə görə, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.

Göründüyü kimi, satılan dərman vasitələrinin istehlak xassələri, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə Azərbaycan dilində izahat vərəqələrinin olmaması istehlakçıların mal (iş, xidmət) haqqında məlumat almaq hüququnu pozur və bu hal "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun tələbləri ilə ziddiyyət təşkil edir.

 

l2010-cu ilin aprel ayının 19-da 62 yaşım tamam olub. "Əmək pensiyaları haqqında" qanuna edilmiş son dəyişikliyə görə, 2010-2011-ci illər üçün göstərilən yaşa hər il 6 ay əlavə olunub. 2011-ci ilin iyununda müraciət etdiyim halda, mənim 19 oktyabr 2010-cu ildən 62 yaş yarımla əmək pensiyası almaq hüququm varmı?

 

İsmixan Fərzəliyev,

Siyəzən şəhəri

 

"Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun  31.1-ci maddəsinə görə, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər.

Həmin qanunun 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir.

Göründüyü kimi, müraciətiniz halında Sizə yaşa görə əmək pensiyası hüququnuz yarandğı tarixdən, yəni, 19 oktyabr 2010-cu ildən yaşa görə əmək pensiyası təyin edilməlidir.

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi