Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

20:45 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kaliforniya yenidən yanır
Kaliforniya yenidən yanır
ANA SƏHİFƏ / DÜNYA
20:47 06.09.2018


ABŞ-ın Kaliforniya ştatında meşə yanğını 2 min hektarlıq ərazini bürümüşdür. Yerli KRCR telekanalı xəbər verir ki, yanğının söndürülməsinə 600 nəfərdən çox adam cəlb olunmuşdur.

Delta Fire adı almış yanğın srağagün gündüz Reddinq şəhərinin şərqində başlayıb sürətlə yayılmışdır. Yanğını nəzarət altına almaq hələ ki mümkün olmur. Bir neçə yaşayış məntəqəsində əhalinin köçürülməsi başlamışdır. Bir çox məktəblərdə məşğələlər ləğv olunmuşdur.

Xatırladaq ki, ötən ayın axırlarında 930 kvadratkilometrlik ərazini bürümüş Carr Fire yanğınını lokallaşdırmaq mümkün olmuşdur. Son məlumata görə, 8 nəfər, o cümlədən 3 yanğınsöndürən təbii fəlakətin qurbanı olmuşdur. Carr Fire 1079 yaşayış evini, 22 infrastruktur obyektini, 503 təsərrüfat tikilisini məhv etmiş, 196 tikiliyə ziyan vurmuşdur.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM