Effektli və gəlirli
Tütünçülük tovuzlular üçün əsas fəaliyyət sahəsinə çevrilir
Azərbaycan müstəqillik qazandıqdan sonra yeni iqtisadi sistemə keçidlə əlaqədar kənd təsərrüfatının effektli və gəlirli sahələrindən biri olan tütünçülükdə də müəyyən geriliklər yarandı. Bu sahədə zəngin təcrübə qazanmış insanların əli işdən soyudu və onlar digər sahələrə üz tutdular ki, bunun da nəticəsində tütünçülük tamamilə unuduldu.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində son illər bu gəlirli sahənin yenidən dirçəldilməsi üçün bir sıra məqsədyönlü tədbirlər həyata keçirildi. Xüsusilə, ölkə rəhbərinin 10 avqust 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər üçün Dövlət Proqramı” bu sahənin inkişafına təkan verdi.
Nəticədə son iki ildə tütünçülüyün inkişafı istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verməyə başladı.
Dövlət proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində Tovuz rayonunda da bir sıra məqsədyönlü işlər görüldü. Nəticədə qısa müddət ərzində ölkənin ümumi iqtisadi inkişafına təsir edən bir sıra uğurlar əldə edildi. Dövlət başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə böyük həvəslə əməl edən tovuzlular elə ilk ildə uğurlu göstəricilərə nail oldular.
Ölkəmizdə tütünçülüyün sürətli inkişafına əsasən keçən ildən başlanılmışdır. Dövlət başçısının həm regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda, həm də sonrakı toplantılarda kənd təsərrüfatının bütün sahələrinin, o cümlədən tütünçülüyün inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq bu gəlirli sahəyə marağın artırılması məqsədilə stimullaşdırıcı tədbirlər həyata keçirildi. Fermerlərə güzəştli kreditlər verildi, aqrolizinq xidmətləri göstərildi. Nəticədə tütün əkini sahələri genişləndi və fermerlərin bu sahəyə maraqları artdı. 2017-ci ildə 50 hektar sahədən 51 ton tütün toplayan rayon sakinləri xeyli gəlir əldə etdilər. Bundan həvəslənən fermerlər cari ildə də həmin sahələrdə tütün əkib becərməklə məşğul oldular. Hazırda yığımın qızğın çağıdır. Havaların əlverişli keçməsindən maksimum istifadə edən tütünçülər məhsul yığımında kənd sakinlərinin də əməyindən istifadə edirlər. Hazırda rayon üzrə tütün yığımında 200 nəfərdən çox insan çalışır. Yığıma cəlb edilmiş sakinlərin əməkhaqları iş gününün sonunda elə sahədəcə verilir ki, bu da hamının razılığı ilə qarşılanır.
Ümumiyyətlə, rayonun 28 kəndində tütün əkilir. Bu kəndlərin sayı ildən-ilə artır. Cəlilli, Abulbəyli, Düz Cırdaxan, Alakol, Dönük Qırıxlı və sair kəndlərdə 10 hektarlarla tütün əkilir. Aran Yanıqlı kəndində 8 sahibkar torpaqlarını birləşdirərək 10 hektar sahədə tütün yetişdirmişlər. Əkilən tütün şitilləri rayonun özündə yetişdirilir. Sahibkar Azad Qurbanov, Tofiq Musayev, Fərhad Məmmədov keçən il pay torpağında şitil yetişdirmiş və tütünçülüklə məşğul olan fermerlərə satmışlar.
Rayonun Cəlilli kəndinin sakinləri keçən ilki qazanclarından razı qaldıqları üçün, bu il əkin sahələrini bir qədər də genişləndirmişlər. Məsələn, kənd sakini Əli İsmayılov keçən il 1,5 hektarda yetişdirdiyi tütündən 3 min manat gəlir götürmüşdür. Bundan həvəslənən fermer bu il tütün sahəsini 2 hektara çatdırmışdır.
Tütünçülükdə işləyən kənd sakinləri aldıqları əməkhaqqından razıdırlar. Belə ki, 4 nəfər ailə üzvü ilə işləyən hər hansı kənd sakini ümumilikdə 4 min manatdan çox gəlir əldə edə bilir.
Keçən il 2 hektar sahədə tütün əkən Düz Cırdaxan kənd sakini Akif Mehdiyev 1,5 hektar sahədən 2 ton 595 kiloqram tütün yığaraq rekord göstəriciyə nail olmuşdur. Nəticədə əldə etdiyi qazancla güzəranını xeyli yaxşılaşdırmışdır. İstehsal olunan tütün bağlanmış müqaviləyə əsasən, Şəki "İntertabakko” MMC-yə təhvil verilmişdir.
Tütünçülüyün gəlirli sahə olduğunu görən Aran kəndinin sakinləri Azad Qurbanov və Namiq Həsənov da bu ildən etibarən tütün əkməyə başlamışlar. Onların hər biri 3 hektar sahədə tütün əkmiş və bol məhsul yetişdirmişdir. Azad Qurbanov deyir ki, kənd təsərrüfatında gəlirli sahələrdən biri tütünçülükdür. Lakin onun mütərəqqi üsullarla becərilməsi və qurudulması üçün yaxşı şərait olmalıdır. Mən bununla bağlı bəzi çətinliklərlə üzləşdim. Buna baxmayaraq vəziyyətdən çıxış yolu axtarıb tapıram. Yığılmış tütünün ipə düzülməsi işində həmkəndlilərimin qüvvəsindən istifadə edirəm. Var olsun dövlətimiz, təhvil verdiyim tütünün hər kiloqramına görə dövlətdən subsidiya da alıram.
Sabir ƏLİYEV,
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Xankəndidə silah-sursat aşkarlanıb
29 Mart
Azərbaycan neftinin qiyməti 89 dolları ötüb
29 Mart
Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq
29 Mart
Keçmiş məcburi köçkün: Düşünürəm ki, artıq bütün şəhidlərimizin ruhu şaddır
29 Mart
Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb
29 Mart
ABŞ Baltimordakı körpünün bərpasına 60 milyon dollar ayırıb
29 Mart
Pentaqon: Rusiya ABŞ-ın terror aktı ilə bağlı xəbərdarlığına məhəl qoymayıb
29 Mart
Paşinyan separatçıları hədələdi
29 Mart
Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirdi
29 Mart
İçdiyi hərbi anda sadiq qaldı
29 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Bütöv Azərbaycanın Zəfər tonqalı20 Mart 2024
Parçalanmış dünyanın bərpasına töhfə19 Mart 2024
QHT-lərin maliyyə tələbi Agentliyin illik qrant büdcəsindən 4 dəfə çoxdur - MÜSAHİBƏ18 Mart 2024
Prezident İlham Əliyev və NATO-nun Baş katibi Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər YE...17 Mart 2024
Fransa növbəti dəfə ifşa olundu16 Mart 2024
ÇOX OXUNANLAR
Xoş niyyətlər bayramı20 Mart 2024
Azərbaycan Qafqazda sülhü də bərqərar edəcək19 Mart 2024
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram...18 Mart 2024
Natəvanın heykəlinə qarşı vandalizm Fransa tarixinin utancverici hadisəsidir17 Mart 2024
Bakı Forumunda Azərbaycanın COP29-a evsahibliyi etməsi dəstəkləndi16 Mart 2024
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!