07 Sentyabr 2018 00:29
506
CƏMİYYƏT
A- A+

İslam sülh, məhəbbət dinidir


Aşura mərasimlərində qanvermə aksiyasının təşkili mərhəmət və fədakarlıq nümunəsidir


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazilər Şurası sentyabrın 4-də Məhərrəmlik ayı ilə bağlı fətva verib. Fətvada deyilir ki, ölkəmizdə sentyabrın 11-də Məhərrəmlik ayı başlayır, Aşura günü isə ayın 20-nə təsadüf edəcək.

Bəzi ölkələrdə Aşura ilə bağlı müşahidə olunan radikal, insan psixologiyası və sağlamlığına mənfi təsir göstərən tədbirlərdən Azərbaycanda uzun müddətdir ki, imtina olunub. Bir neçə il əvvəl insanlar təziyə mərasimlərində bədənlərinə zəncir vurmaqla özlərinə xəsarət yetirir, qan çıxarırdılar. Ancaq illər ötdükcə din xadimlərinin, elm adamlarının çağırışlarından sonra bu xoşagəlməz əməllər qanvermə aksiyaları ilə əvəz olunmağa başlanıldı.

Ölkəmizin din xadimləri, axundlar hər dəfə də insanları Aşura günü xoşagəlməz əməllərdən imtina etməyə çağırıblar. Məhz buna görə, indi sivil cəmiyyətimizdə belə hallara az rast gəlinir.


Aşurada zəncir vurmaq, özünə qəsd etmək kimi hallar yox dərəcəsindədir


"Son 2-3 il ərzində bu sahə ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə apardığı maarifləndirmə işləri və həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir”.

Bu sözləri Qarabağ Seyid Ocaqları Dərnəyinin sədri Seyid Camal Əzimbəyli qəzetimizə açıqlamasında deyib. Onun fikrincə, xürafata, cəhalətə yönəlik halların tam aradan qaldırılması üçün maarifləndirici işlərin davam etdirilməsi zəruridir: "İslamı olduğu kimi əhaliyə çatdırmaq bu yolla mümkündür. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda əsrlərdir dinə olan qayğı həm xalqımızın, həm də dövlətimizin uğurlu siyasətində öz əksini tapıb”.

Ekspertin sözlərinə görə, insanların dini duyğularından sui-istifadə etmək islamın təməl prinsiplərinə ziddir: "İnsanların həmin gün şəhid, qazi ailələrini ziyarət etmələri çox yaxşı olardı. Bu halı sosial yardımlaşmağa çevirməliyik. Həmin gün ölkəmizin Şeyxi ilə yanaşı, digər dinlərin liderlərinin də qanvermə aksiyasında iştirakı tolerantlıq, birlik, vəhdətin olduğunu dünyaya nümayiş etdirir və bu hətta digər müsəlman ölkələrinə bir çağırışdır. Bu aksiya mərhəmət, rəhmət, fədakarlığın nümunəsidir”.


Qanvermə aksiyaları dini baxımdan bəyənilən əməldir


"Məşədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli də Aşura günü bədəndən qan çıxartmaq, insanın başını yarması kimi əməllərin dini nöqteyi-nəzərdən haram və qadağan olduğunu bir daha xatırladıb.

Bizimlə söhbətində Hacı Şahin qeyd edib ki, bu, dinin gözdən salınmasına xidmət edir, insanlarda zorakılıq əhval-ruhiyyəsi yaradır: "Bəziləri Aşuradan istifadə edib insanları zorakılığa, fanatizmə dəvət edir. Həmin gün xeyriyyə addımları atmaq, mərhəmət paylaşmaq Aşuranın məqsədlərinə daha uyğundur. Ölkəmizdə artıq neçə ildir ki, Aşura günü qanvermə aksiyaları təşkil edilir. Maraqlıdır ki, Azərbaycanın bu təcrübəsi Türkiyə və İranda da tətbiq edilir. Qanvermə aksiyalarının təşkili Kərbəlanın mahiyyətinə uyğundur. Quran məntiqinə əsasən, bir insanı diriltmək bütün bəşəriyyəti diriltmək, bir insanı haqsız yerə öldürmək isə bütün insanlığı öldürmək kimidir. Həmin gün insanlara həyat bəxş etmək savab əməldir”.


Radikallıq, zorakılıq əməlləri Aşuraya ziddir


Gəncə "Şah Abbas” məscidinin imamı Rahil İsmayılov da zəncir vurmaqla bədənə xəsarət yetirməyi, baş yarmaqla qan çıxarmağı islam qanunlarına zidd hesab edir.

Qəzetimizə açıqlamasında İmam Hüseynin zorakılıq, terrorun qarşısını almaq uğrunda mübarizə apardığını xatırladan R.İsmayılov deyib ki, islam sülh, məhəbbət dini olduğundan təziyə mərasimlərində zəncirlə qan çıxartmaq bu dinə uyğun deyil: "Artıq uzun müddətdir Səhiyyə Nazirliyinin dəstəyi ilə davam etdirilən könüllü qanvermə aksiyaları humanist dəyərlərdən biridir”.

Ölkəmizdə Məhərrəmlik mərasimləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid olan ərazilərdə təşkil olunur, ictimai-asayiş qorunur. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaq meyarlarına riayət olunur. Bütün məscidlərdə insanlar təşkil edilən könüllü qanvermə aksiyalarında iştirak edirlər.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video