Alternative content

06:14 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiyada “Cebi” tufanının nəticələri aradan qaldırılır
Yaponiyada “Cebi” tufanının nəticələri aradan qaldırılır
ANA SƏHİFƏ / DÜNYA
20:51 06.09.2018

Yaponiyada "Cebi” tufanının dağıdıcı nəticələrinin aradan qaldırılması davam etdirilir.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində 11 nəfər həlak olub, yüzlərlə xəsarət alan var.
Qasırğa nəticəsində "Kansay” aeroportunun uçuş-enmə zolaqları sıradan çıxıb ki, bu da aviareyslərin təxirə salınmasına səbəb olub. Bu gün Nazirlər Kabinetinin fövqəladə iclasında çıxış edən Baş nazir Şinzo Abe bildirib ki, "Kansay” aeroportunun fəaliyyəti sentyabrın 7-dən bərpa ediləcək. Aeroportun baş direktoru Yoşiyuki Yamaya da deyib ki, ikinci terminal və "B” uçuş-enmə zolağı daha az zərər çəkib və bu obyektlərdə işin qismən bərpa edilməsi mümkündür.
"Cebi” tufanı son 25 ildə Yaponiyaya yaxınlaşan ən güclü qasırğa hesab olunur. Yaponiyanın qədim paytaxtı Kioto şəhərində tufan UNESCO-nun Ümumdünya İrsi Siyahısına daxil edilmiş Hişi Honqançi məbədinə ciddi ziyan vurub. Eyni zamanda, tufan ənənəvi teatrın və digər binaların damlarını qoparıb.
Təbii fəlakət ölkənin böyük nəqliyyat arteriyalarının işinə maneə yaratsa da, hazırda sürətli "Şinkansen” qatarlarının hərəkətinin bərpa edildiyi bildirilir.