06 Sentyabr 2018 20:47
347
CƏMİYYƏT
A- A+

Ermənistan ordusunda özbaşınalıq halları cəmiyyətdə narazılığı artırır


Son bir ayda Ermənistan ordusunda 187 hərbçiyə qarşı hüquq pozuntusu qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bu barədə işğalçı ölkənin təhlükəsizlik xidmətinin yaydığı məlumatda bildirilir. Məlumatda qeyd olunub ki, "N” saylı hərbi hissənin komandiri, onun müavini, əşya xidməti rəisi və əşya xidmətinin anbar rəisi quldurluq, qəddarlıq və xidmətə qarşı səhlənkarlıq nümayiş etdirməklə gənc əsgərlərə ciddi ziyan vurublar. Bundan başqa, ittihama əsasən, həmin hərbi hissənin arxa cəbhə və kommunal istismar üzrə müavini tərəfindən alayın şəxsi heyəti keyfiyyətsiz əşyalarla təmin edilib. Bu faktla bağlı da cinayət məcəlləsinə uyğun olaraq müvafiq ittiham irəli sürülüb.

Ermənistan ordusunda daha bir qalmaqal isə keyfiyyətsiz geyimlərlə bağlıdır. Bu ölkənin Müdafiə Nazirliyinin hərbi polisi və hərbçilərin sosial müdafiəsi idarəsi ən böyük hərbi hissələrdən birində əsgərlər üçün nəzərdə tutulan 10 min keyfiyyətsiz paltar aşkarlayıb. Faktla bağlı cinayət işi açılıb. Ermənistan mətbuatı bunun ilk hal olmadığını qeyd edir.

İşğalçı ölkədə əsgərlər arasında ölüm faktlarının da sayı artıb. Təkcə avqustda hərbi hissələrdə 11 belə hadisə olub. Sonuncu insident zamanı "N” saylı hərbi hissədə baş leytenant Karen Ovanisyan intihar edib. Partlayış, qəza və döyülmə nəticəsində isə 17 düşmən hərbçisi yaralanıb. Bununla yanaşı, korrupsiya ilə əlaqədar iki, fərariliklə əlaqədar üç, oğurluq halları ilə bağlı 13 fakt aşkarlanıb. Bütün bu hallar cəmiyyətdə narazılıqları artırır.

Hərbi hissələrdə baş verən ölüm faktları düzgün araşdırılmır. Səkkiz il əvvəl qətlə yetirilən əsgər Artur Qazaryanın ölüm işi yenidən araşdırılacaq. Hərbçinin anası İrina Qazaryan bildirir ki, Nikol Paşinyan ilə görüşdə oğlunun ölüm faktının yenidən araşdırılacağına verilən vəd icra olunmaqdadır. Ancaq o, istintaq sistemi eynilə qaldığına görə cinayət işinin tam araşdırılacağına və günahkarların aşkarlanacağına hər hansı ümid bəsləmədiyini qeyd edib. O, müstəntiqlərlə görüşərkən işin araşdırılması ilə məşğul olanların vaxtilə cinayət işinin gizlədilməsi üçün çalışan eyni şəxslərdən ibarət olduğunu deyib. Buna görə də işin ədalətli araşdırılması məqsədilə vəsatət verəcəyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video