Alternative content

13:23 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sinsinnatidə silahlı insident: 2 nəfər ölüb, 4 nəfər yaralanıb
Sinsinnatidə silahlı insident: 2 nəfər ölüb, 4 nəfər yaralanıb
ANA SƏHİFƏ / Təhsil
20:45 06.09.2018

Sentyabrın 6-da ABŞ-ın Ohayo ştatının Sinsinnati şəhərində silahlı insident baş verib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, açılan atəşlər nəticəsində azı 2 nəfər həlak olub, 4 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Şəhərin polis idarəsi Uollnat-strit küçəsindəki 511-ci binada atışma faktını təsdiqləyib.
Hazırda hadisə yerinin ətrafındakı zona polisin mühafizəsi altına alınıb. Binanın foyesində və yükboşaltma meydançasında baş verən insidentlə bağlı təhqiqat başladığı bildirilir.