Alternative content

21:02 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində ətrafı tanıma uçuşları keçirilir
“TURAZ Şahini - 2018” birgə taktiki-uçuş təlimlərində ətrafı tanıma uçuşları keçirilir
ANA SƏHİFƏ / SİYASƏT
20:41 06.09.2018

Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq haqqında plana əsasən, Konya şəhərində "TURAZ Şahini - 2018”birgə taktiki-uçuş təlimləri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimlərdə iştirak edən pilotlar ətrafı tanıma uçuşlarını həyata keçiriblər.

Uçuşlardan əvvəl təyyarəçilər üçün təlimin qaydaları barədə müxtəlif brifinqlər təqdim olunub, hava şəraiti və digər texniki məsələlər müzakirə edilib.