06 Sentyabr 2018 18:57
256
SİYASƏT
A- A+

Mamuka Baxtadze: Azərbaycan ilə münasibətlərin daha da dərinləşməsi üçün birgə fəaliyyət planı hazırlanır


Bizə yaxın qonşu və dost ölkə olan Azərbaycana səfərim çox məhsuldar və hər iki tərəf üçün çox mühüm bir səfər oldu.
Gürcüstan Baş nazirinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Baş nazir Mamuka Baxtadze hökumətin sentyabrın 6-da keçirilən yüksək səviyyəli iclasında səsləndirib. Onun sözlərinə görə, Bakıda Azərbaycan ilə Gürcüstan arasında birgə iqtisadi layihələr və bu sahədə mövcud olan bəzi problemlər müzakirə edilib.
Baş nazir deyib: "Bilirsiniz ki, bizim ölkələrimiz arasında azad ticarət əlaqələri var. Amma bəzi çatışmazlıqlar da mövcuddur. Azərbaycan ilə azad ticarət rejimini genişləndirmək və xidmət sahəsində münasibətləri dərinləşdirmək bizim üçün vacibdir. Hər iki tərəf ticarət dövriyyəsini yaxın iki il ərzində 50-60 faiz artırmağı qarşıya məqsəd qoyub. Bu fakt ticarət dövriyyəmizin daha da genişləndirilməsinə yeni stimul verməlidir”.
M.Baxtadze, eyni zamanda, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Bakıda bu məsələnin də müzakirə mövzusu olduğunu bildirib.
Baş nazir yeni regional layihələrin, o cümlədən enerji sektoruna aid layihələrin bundan sonra da fəal şəkildə müzakirə olunacağını xüsusi qeyd edib. Bildirib ki, Bakıya səfəri çərçivəsində Avropa və Çin ilə olduğu kimi, Azərbaycanla da azad ticarət zonasının yaradılmasına dair müqavilənin daha effektiv olmasına təkan verəcək yeni birgə müəssisələrin yaradılması barədə razılıq əldə edilib.
"Münasibətlərimizin gələcəkdə daha da dərinləşməsinə dair birgə fəaliyyət planının hazırlanması barədə razılığa gəlmişik və bu istiqamətdə işlər davam edir”, - deyə Mamuka Baxtadze vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video