06 Sentyabr 2018 18:54
1596
Səfərlər
A- A+

Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb


Sentyabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xorvatiya Respublikası parlamentinin sədri Qordan Yandrokoviç ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, parlament sədri Qordan Yandrokoviç Prezident İlham Əliyevi qarşıladı.
Azərbaycan Prezidenti İlham Əliyev və Xorvatiya parlamentinin sədri Qordan Yandrokoviç birgə foto çəkdirdilər.
Görüşdə Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfərinin uğurlu keçdiyi, səfər çərçivəsində səmərəli müzakirələrin aparıldığı qeyd edildi. Azərbaycan ilə Xorvatiya arasında strateji tərəfdaşlıq əlaqələrinin inkişaf etdiyi, siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Ticarət dövriyyəsinin artırılmasının vacibliyi qeyd olundu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki rolu, Cənub Qaz Dəhlizinin əhəmiyyəti xüsusi vurğulandı. Yüksək səviyyəli qarşılıqlı səfərlərin əlaqələrimizin genişləndirilməsində xüsusi rolunun olduğu bildirildi.
Azərbaycanın Əfqanıstanda "Qətiyyətli dəstək” missiyasında iştirakının önəmi qeyd olundu, ölkəmizin Avropa İttifaqı ilə uğurlu əməkdaşlıq etdiyi bildirildi. Azərbaycan ilə Xorvatiya arasında nəqliyyat, əczaçılıq, turizm sahələrində əməkdaşlıq üçün yaxşı imkanların olduğu vurğulandı.
Söhbət zamanı parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyi qeyd edildi, dostluq qruplarının bu işə mühüm töhfə verə biləcəyi bildirildi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video