Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

01:47 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan məhsullarının Çinə ixracı genişlənir
Azərbaycan məhsullarının Çinə ixracı genişlənir
ANA SƏHİFƏ / İQTİSADİYYAT
18:18 06.09.2018

VI "Çin-Avrasiya” sərgisi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair ümumilikdə 14 razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev sentyabrın 6-da İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə Azərbaycan-Çin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə dair keçirdiyi mətbuat konfransında deyib.

Y.Abdullayev Azərbaycan-Çin iqtisadi əməkdaşlığının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi, Azərbaycan məhsullarının Çin bazarlarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əlaqələrin inkişafı sahəsində görülən işlər barədə məlumat verib. Qeyd edib ki, Azərbaycan sahibkarlarının VI "Çin-Avrasiya" sərgisində iştirakı da belə tədbirlərdəndir. Avqustun 29-dan sentyabrın 2-dək davam edən sərgidə Azərbaycanın qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsulları "Made in Azerbaijan" vahid ölkə stendi ilə nümayiş olunub. 21 Azərbaycan şirkətinin təmsil olunduğu sərgidə Azərbaycan məhsulları ziyarətçilər tərəfindən böyük maraqla qarşılanıb.

"Sərgi çərçivəsində Azərbaycan məhsullarının Çinə ixracına dair danışıqlar aparılıb. Belə ki, Göygöl Şərab Zavodu və Çin şirkətləri arasında müzakirələr aparılıb, "Ayan" şirkəti ilə Sincan Ticarət Kommersiya şirkəti ilə 4,5 ton Azərbaycan limonadının ixracına dair razılığa gəlinib. Azərbaycanın "Gilan" şirkəti Çinin "Fenglian" şirkəti ilə müxtəlif növ kompot və meyvə şirələrinin satışına dair razılıq əldə edib. Azərbaycanda istehsal olunan bir çox məhsullar kimi, zeytun yağı da sərgidə iştirak edən xarici şirkətlərin diqqətini cəlb edib və 10 ton zeytun yağının Çinə ixracına dair "Azərsun Holding" şirkəti ilə razılığa gəlinib. Bundan başqa, Çinin "İxlas" distribüter şirkəti ilə Azərbaycanın qənnadı məmulatları istehsalçısı olan "Konfiron" MMC arasında danışıqlar aparılıb və ilkin razılaşma əldə olunub. Çinin "Hans Zhou", "TIAN SHENG HOLDINGS", "BEIJING REVIEW" kimi şirkətləri isə Azərbaycan fındığına böyük maraq göstərib və bu şirkətlərlə "Azhazelnut" şirkəti arasında ixraca dair danışıqlar aparılıb. Azərbaycanın "Eco-Dry" şirkəti isə alma qurusunun ixracına dair anlaşıb. Sərgi çərçivəsində ümumilikdə 14 razılıq əldə olunub”, - deyə o bildirib.

Y.Abdullayev deyib ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə İqtisadiyyat Nazirliyi tərəfindən 29 avqust - 3 sentyabr tarixlərində Çinin Urumçi şəhərinə ixrac missiyası təşkil edilib. Azərbaycan iş adamları çinli həmkarları ilə əməkdaşlıq imkanlarına, yerli məhsullarımızın Çinə ixracına dair müzakirələr aparıb, potensial müştərilərlə ikitərəfli görüşlər keçirib: "İxrac missiyasına müsabiqə əsasında seçilmiş və qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə istehsalı sahəsində fəaliyyət göstərən Azərbaycan şirkətləri daxil olub. Bu, Çinə sayca 4-cü və ümumilikdə isə xarici ölkələrə təşkil edilən 16-cı ixrac missiyasıdır”.

O əlavə edib ki, Azərbaycan məhsullarının, o cümlədən şərab və digər spirtli içkilərin Çinə ixracının artırılması və istehsalın stimullaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinin dəstəyi, AZPROMO-nun və Azərbaycanın Çindəki Ticarət Nümayəndəliyinin təşkilatçılığı ilə sentyabrın 2-də Çinin Urumçi şəhərində Azərbaycan Şərab Evi açılıb. Bu, Azərbaycanın xarici ölkədə açılan ilk Şərab Evidir.

Qeyd edək ki, Azərbaycan Şərab Evi Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, ölkəmizin məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi, həmçinin Azərbaycanın şərab və digər spirtli içki məhsullarının Çin bazarında daha çox tanıdılması və satışının təşkili sahəsində fəaliyyət göstərəcək, bu sahədə əlaqələndirməni həyata keçirəcək. Şərab Evinin daimi fəaliyyət göstərən sərgisində xüsusi dadı və keyfiyyəti ilə seçilən müxtəlif növdə Azərbaycan şərabları nümayiş olunacaq.

Məlumat verilib ki, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Azərbaycanın ilk ticarət evi 2017-ci ildə Belarusda açılıb. Ukrayna və Latviyadakı ticarət evləri isə bu il fəaliyyətə başlayıb. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyət göstərir. 2018-ci ilin sonunadək isə Birləşmiş Ərəb Əmirlikləri, Polşa, Çin, Qazaxıstan və Rusiyada Azərbaycanın ticarət və şərab evlərinin açılması nəzərdə tutulur.

Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM