Alternative content

07:55 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın gənclər və idman naziri II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edir
Azərbaycanın gənclər və idman naziri II Avropa Oyunlarının Koordinasiya Komissiyasının iclasında iştirak edir
ANA SƏHİFƏ / İDMAN
18:15 06.09.2018

Gələn il Minskdə keçiriləcək II Avropa Oyunlarına hazırlıq işlərinin müzakirəsi məqsədilə Koordinasiya Komissiyasının ikinci iclası işə başlayıb.

Gənclər və İdman Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, iki gün davam edəcək iclasda Azərbaycanı gənclər və idman naziri, II Avropa Oyunları Koordinasiya Komissiyasının üzvü Azad Rəhimov təmsil edir.

Komissiyanın iclasında "Minsk-2019”a bir ildən də az vaxtın qaldığı müddətdə yarış cədvəlinin dəqiqləşdirilməsi, təşkilati məsələlər, idmançıların yerləşdirilməsi və qalacaqları məkanlar barədə daha geniş məlumatın təqdim edilməsi, yayım, təbliğat işlərinin aparılması, açılış və bağlanış mərasimləri, təhlükəsizlik, könüllülər və digər mühüm məsələlər müzakirə olunur.