Alternative content

02:16 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Aleksandr Lukaşenko öz tarlasından 42 ton qarpız və 60 ton kartof yığıb
Aleksandr Lukaşenko öz tarlasından 42 ton qarpız və 60 ton kartof yığıb
ANA SƏHİFƏ / DÜNYA
15:19 06.09.2018

Belarus Prezidenti Aleksandr Lukaşenko işgüzar tədbirlərin başa çatmasından sonra sentyabrın 5-də öz tarlasından kartof və bostan məhsullarının yığımına başlayıb.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının mətbuat xidmətinin məlumatına əsasən, yayın nisbətən quraq keçməsinə baxmayaraq, prezidentin sahəsindən xeyli kartof yığılıb – 1,5 hektardan 60 ton. Məhsul elə tarladaca çeşidlənib.

Dövlət başçısının bostan sahəsi də məhsuldarlığı ilə seçilib, belə ki, 1,6 hektardan 42 ton qarpız yığmaq mümkün olub. Prezident məhsulun yığılmasını birbaşa tarlada izləyib, hətta işçilərə kömək edib və qarpızın dadına baxıb.

Aleksandr Lukaşenkonun əkin sahəsi geniş olduğundan məhsul yığımı qarşıdakı günlərdə də davam edəcək.