Alternative content

02:22 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Vikipediya”da Sovet İttifaqında ilk vitse-admiral rütbəsi alan azərbaycanlı haqqında məqalə yerləşdirilib
“Vikipediya”da Sovet İttifaqında ilk vitse-admiral rütbəsi alan azərbaycanlı haqqında məqalə yerləşdirilib
ANA SƏHİFƏ / Elm və texnika
15:17 06.09.2018

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Vikipediya Metodik Mərkəzinin könüllüləri Sovet İttifaqında ilk vitse-admiral rütbəsi alan azərbaycanlı Həmid Qasımbəyov haqqında məqaləni əsaslı və geniş redaktə ediblər.

MEK-dənAZƏRTAC-a bildirilib ki, məqalədə vitse-admiralın həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Diqqətə çatdırılır ki, H.Qasımbəyov 1923-cü il mayın 3-də Naxçıvan şəhərində anadan olub. 2005-ci ildə uzun sürən xəstəlikdən sonra dünyasını dəyişən H.Qasımbəyov ikinci Fəxri xiyabanda dəfn olunub.

Məqalə iləlinkindətanış olmaq mümkündür.

"Vikipediya”larda mərkəzin könüllüləri tərəfindən digər dahi şəxsiyyətlərimiz haqqında da məqalələrin yaradılması prosesi davam edir.