Alternative content

09:39 17 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Yeni Şafak”: PKK terrorçuları Ermənistanın dəstəyi ilə Türkiyə ərazisinə keçirilir
“Yeni Şafak”: PKK terrorçuları Ermənistanın dəstəyi ilə Türkiyə ərazisinə keçirilir
ANA SƏHİFƏ / DÜNYA
15:13 06.09.2018

Şimali İraqdan Türkiyənin Qara dəniz bölgəsinə göndərilən PKK terrorçularının qarşısı ordu qüvvələri tərəfindən alınıb. Terror təşkilatının son planının uğursuz olması səbəbindən PKK silahlılarının Türkiyəyə giriş marşrutu dəyişib. İndi onlar dəhliz kimi Ermənistandan istifadə edirlər.

AZƏRTAC Türkiyənin "Yeni Şafak” qəzetinə istinadla xəbər verir ki, PKK-nın Ermənistandakı düşərgələrindən sol təmayüllü təşkilatların dəstəyi ilə terrorçular Ağrı, Bingöl, Tunceli və Tokat vilayətləri ilə Qara dəniz bölgəsindəki dağlara göndərilir. Türk mətbuatının məlumatına görə, Türkiyəyə gizli yolla keçən terrorçular Gümüşhanə bölgəsində toplaşmağa çalışırlar. Bundan başqa, PKK üzvlərinin Ermənistan-Türkiyə sərhədini keçərək Tendurek dağına yerləşdiyi faktı məlum olub.

Türkiyə mətbuatı ölkənin xüsusi xidmət orqanlarına istinadla xəbər verir ki, Ermənistanın illərdir dəstək verdiyi və ərazisində düşərgə qurmaq imkanı yaratdığı terrorçular bölgədə məskunlaşmağa cəhd göstərirlər.

Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələri Qara dəniz bölgəsinə sızmaq istəyən PKK-nın, eləcə də TİKKO, MKP, TİKB, MLKP kimi sol terrorçu təşkilatların Tunceli, Bingöl, Ağrı və Tokat ətrafındakı fəaliyyəti ilə bağlı geniş tədbirlər həyata keçirib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM