Alternative content

18:25 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Moskvada beynəlxalq kitab sərgi-yarmarkasına 30 ölkə qatılıb
Moskvada beynəlxalq kitab sərgi-yarmarkasına 30 ölkə qatılıb
ANA SƏHİFƏ / Mədəniyyət
12:19 06.09.2018

Rusiyanın paytaxtı Moskvada 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilir. Ölkəmizin də təmsil olunduğu sərgi-yarmarkada yer alan stendimizdə Azərbaycanın tarixi, dövlətçiliyi, mədəniyyəti, elmi, Qarabağ həqiqətləri haqqında 150 addan çox nəşr məhsulu ziyarətçilərin ixtiyarına verilib.
Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, sərgi-yarmarkada 30-dan çox ölkədən 150-yə yaxın nəşriyyat-poliqrafiya müəssisəsi, eləcə də digər aidiyyəti qurumlar iştirak edir.
Stendimizə çoxsaylı kitabsevərlərlə yanaşı, müxtəlif nəşriyyatların və təşkilatların nümayəndələri də maraq göstərir, onlarla gələcək əməkdaşlıq imkanları müzakirə olunur.