06 Sentyabr 2018 12:16
466
CƏMİYYƏT
A- A+

Yaponiya xarici işlər nazirinin xanımı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində olub


Yaponiya xarici işlər naziri Taro Kononun ölkəmizə səfəri çərçivəsində xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış tibbi-sosial reabilitasiya şəraiti ilə tanış olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qonağa bildirilib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiyası aparılan sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin tapşırığı əsasında son illərdə bu sahədə infrastrukturun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində də ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Müəssisədə aparılan işlərin davamı kimi, bu ilin səkkiz ayında burada iki mindən çox sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilib.

K.Kono Uşaq Bərpa Mərkəzində yaradılan reabilitasiya şəraiti, informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələrinin fəaliyyəti ilə tanış olub. O, sağlamlıq imkanları məhdud uşaqların bərpası üçün fərdi reabilitasiya proqramlarına uyğun şəkildə tətbiq edilən fizioterapevtik prosedurları, tədris metodikaları əsasında tədris-peşə reabilitasiyası sahəsində aparılan işləri nəzərdən keçirib.

Reabilitasiya kursu keçən uşaqlarla görüşən K.Kono Mərkəzdəki reabilitasiya şəraiti, burada aparılan işlərlə bağlı müsbət təəssüratlarını bölüşüb. O, gələcəkdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində ölkəsi ilə təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video