Alternative content

03:10 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ukraynada sifarişli qətllər törədən kriminal qrup zərərsizləşdirilib
Ukraynada sifarişli qətllər törədən kriminal qrup zərərsizləşdirilib
ANA SƏHİFƏ / DÜNYA
12:14 06.09.2018

Ukraynada sifarişli qətllər törədən "Beloe bratstvo” adlı kriminal qrup zərərsizləşdirilib.
AZƏRTAC Ukrayna Milli Polisinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Dnepropetrovsk vilayətində zərərsizləşdirilən kriminal qrup Ukraynanın bir çox bölgələrində sifarişli qətllər törətməklə, obyektlərin ələ keçirilməsi, şantaj və narkoticarətlə məşğul olub. Artıq qrupun 4 üzvü həbs edilib. Onlardan silah-sursat, narkotik vasitələr və külli miqdarda pul götürülüb.
İlkin araşdırma zamanı kriminal qrupla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında əlaqə olduğu aşkarlanıb.
Qrupun digər üzvlərinin həbs olunması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilir.