Alternative content

13:47 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın fövqəladə hallar naziri Polşada səfərdə olub
Azərbaycanın fövqəladə hallar naziri Polşada səfərdə olub
ANA SƏHİFƏ / SİYASƏT
00:32 06.09.2018


Fövqəladə hallar naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının həmsədri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 4-də Polşada səfərdə olub.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Polşanın hökumət nümayəndələri ilə görüşlər keçirilib, səmərəli müzakirələr aparılıb.

Nazir Kəmaləddin Heydərov Polşanın xarici işlər naziri Yatsek Çaputoviç, sahibkarlıq və texnologiya naziri, Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfindən həmsədri Yadviqa Emileviç, infrastruktur nazirinin müavini, Azərbaycan Respublikası - Polşa Respublikası nəqliyyat və logistika işçi qrupunun Polşa tərəfindən həmsədri Andjey Bittel ilə görüşüb.

Görüşlərdə Azərbaycan ilə Polşa arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın inkişafı və komissiyanın növbəti iclasına hazırlıqla bağlı bir sıra məsələlər müzakirə edilib. Həmçinin iki ölkə arasında iqtisadi, ticarət və investisiya sahələrində əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində keçirilən "dəyirmi masa”da ölkələrimiz arasında iqtisadi inkişafın hazırkı səviyyəsi müzakirə edilib, mövcud əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.