Alternative content

20:30 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yaponiyada Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə böyük maraq göstərilir
Yaponiyada Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinə böyük maraq göstərilir
ANA SƏHİFƏ / SİYASƏT
00:27 06.09.2018


Azərbaycanla Yaponiya arasında əlaqələr yüksək səviyyədədir. Ölkəmizdə Yaponiyanın 30 şirkəti fəaliyyət göstərir. Yaponiya Azərbaycana təqribən 7 milyard dollar investisiya yatırıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan yaponiyalı həmkarı Taro Kono ilə birgə keçirdiyi mətbuat konfransında deyib. E.Məmmədyarov qeyd edib ki, Azərbaycana gələn yapon turistlərin sayı artır. Bu gün turizmin inkişafı üçün Yaponiya və Azərbaycan arasında birbaşa aviareysin açılması məsələsi də müzakirə edildi. Belə bir aviareys açıla bilər.

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yaponiyanın mövqeyi bəllidir. Onlar hesab edirlər ki, bu münaqişə tezliklə öz həllini tapmalıdır”, - deyə Elmar Məmmədyarov vurğulayıb.

O qeyd edib ki, yaponiyalı həmkarı ilə görüş zamanı Azərbaycan və Yaponiya arasında müxtəlif sahələrdə sərmayələrin qoyulması məsələləri müzakirə edilib. Yaponiya şirkətləri Azərbaycanda infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıdır. Yaponiya tərəfindən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin inkişafına böyük maraq göstərilir.

Bakıda səfərdə olan Yaponiyanın xarici işlər naziri Taro Kono bildirib ki, ölkəsi Azərbaycan vətəndaşları üçün viza rejimini sadələşdirmək qərarına gəlib. Yaponiya Azərbaycanla çoxşaxəli münasibətləri möhkəmləndirmək istəyir.

Bu səfər nəticəsində iki ölkə arasında dostluq əlaqələrinin inkişaf edəcəyinə ümid bəslədiyini deyən T.Kono vurğulayıb ki, "Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi üzrə sazişin yenilənməsi məmnunluq doğurur. Bu, əməkdaşlığın güclənməsinə yeni təkan verəcək.