Alternative content

18:01 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “Ümid” yatağında yeni quyu istismara veriləcək
“Ümid” yatağında yeni quyu istismara veriləcək
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:21 06.09.2018


"Ümid” qaz-kondensat yatağındakı 16 nömrəli quyunun bu ilin oktyabr ayında istismara verilməsi nəzərdə tutulur. Bu barədə SOCAR-ın 2017-ci il üzrə illik hesabatında bildirilir.

Hesabatda qeyd edilir ki, 2012-ci ildə "Ümid” qaz-kondensat yatağı sənaye işlənməsinə daxil edilib. Bu ilin əvvəlinə yataqdan 265,3 min ton kondensat və 1 milyard 666,3 milyon kubmetr qaz hasil olunub. Yataqda 2 istismar quyusu fəaliyyət göstərir (12 nömrəli istismar quyusu təmirə dayanıb) və bu quyulardan gündə 1250 min kubmetr qaz, 200 ton kondensat hasil edilir. Hazırda "Ümid” yatağındakı 16 nömrəli istismar quyusunda qazma işləri aparılır.