Alternative content

23:18 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mitsuko Şino: Yaponiya hökuməti Azərbaycanda investisiyasını artırmaqda maraqlıdır
Mitsuko Şino: Yaponiya hökuməti Azərbaycanda investisiyasını artırmaqda maraqlıdır
ANA SƏHİFƏ / SİYASƏT
22:49 05.09.2018

Bu, Yaponiya xarici işlər nazirinin Ermənistana və Gürcüstana ilk, Azərbaycana isə 1999-cu ildə baş tutan səfərdən sonra ikinci səfəridir. Yaponiyanın Azərbaycanla siyasi və iqtisadi əlaqələri 19 ildir ki, mövcuddur.

AZƏRTAC xəbər verir ki, bunu Yaponiya Xarici İşlər Nazirliyinin mətbuat katibinin müavini Mitsuko Şino bildirib.

Xanım M.Şino qeyd edib ki, Yaponiya hökuməti Azərbaycanla əlaqələrini inkişaf etdirmək istəyir. Onun ölkəsi Azərbaycandan təbii ehtiyatların alınmasına maraq göstərir. Eyni zamanda, hüquq, kompüter texnologiyaları sahəsində kadrların hazırlanması işinə kömək göstərməyə hazırdır.

M.Şino əlavə edib ki, Yaponiya Azərbaycanda investisiyasını artırmaqda maraqlıdır. Yaponiyada İT texnologiya şirkətləri çoxluq təşkil edir. Azərbaycan şimal və cənubu birləşdirəcək böyük nəqliyyat dəhlizi layihəsi üzərində çalışır. Bununla da dünya bazarına geniş çıxış imkanı əldə edir. Sürətli qatar istehsalı sahəsində inkişaf edən Yaponiya bu nəqliyyat dəhlizlərində istifadə üçün müasir qatarlar təqdim edə bilər.