Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:19 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Yengicə hamamı bərpa olunub
Yengicə hamamı bərpa olunub
ANA SƏHİFƏ / SİYASƏT
22:39 05.09.2018

Abidələr hər bir xalqın tarixi yaddaşıdır. Muxtar respublika ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması ilə yanaşı, onların bərpası da diqqətdə saxlanılır. Son illər tarixi abidələrimiz - qalalar, türbələr, məscidlər, buzxanalar və hamamlar ilkin görkəmi saxlanmaqla bərpa olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 5-də Yengicə kəndindəki qədim hamam bərpadan sonra istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Ali Məclisin Sədri çıxış edərək deyib: Bu gün Yengicə kəndində tarixi abidə bərpa olunaraq istifadəyə verilir. Yengicə hamamı xalqımızın mədəniyyətinin göstəricisidir. Hamam iki əsrdən artıq bir dövrdə bu ərazidə yaşayan insanların həyat şəraiti, yaşayış səviyyəsi haqqında məlumat verir. Hamam təmizlik, sağlamlıqdır. Ona görə də vaxtilə insanların həyatına, sağlamlığına dəyər verənlər öz vəsaitləri hesabına Yengicə hamamını tikdirmiş və əhalinin istifadəsinə vermişlər. Uzun illər Yengicə və ətraf kəndlərin əhalisinə xidmət göstərən hamam bu gün tarixi abidə kimi bərpa olunmuş, içərisində xidmət sahələri yaradılmışdır.

Ali Məclisin Sədri deyib: Hər bir abidənin qorunması və bərpası xalqımızın mədəni həyatının, tarixinin qorunması və yaşadılması deməkdir. Muxtar respublikamızda tarixi abidələr bərpa olunur. Bərpa olunan bəzi abidələr isə müəyyən məqsədlər üçün istifadə edilir. Şərur rayonunun Cəlilkəndindəki qədim buzxana bərpa olunduqdan sonra orada xalçaçılıq, rəssamlıq və digər sahələr yaradılıb. Bu il Qarabağlar Türbə Kompleksi və Yengicə hamamı bərpa olunaraq istifadəyə verildi. Hazırda Qazançı körpüsündə bərpa işləri aparılır. Bütün bunlar isə qədim tariximizin müasir dövrdə yaşadılması və gələcək nəsillərə çatdırılmasına xidmət edir. Eyni zamanda, abidələrimizin bərpa olunması ölkəmizə olan marağı artırır.

Ali Məclisin Sədri Yengicə hamamını tikənlərə ehtiramını ifadə edib, abidənin bərpasında əməyi olanlara təşəkkürünü bildirib və burada fəaliyyət göstərəcək sənətkarlara uğurlar arzulayıb.

Qədim hamamda lazımi iş şəraiti ilə təmin olunan dərzi Gülbəniz Əkbərova deyib: Muxtar respublikanın hərtərəfli inkişafı Şərur rayonunu da əhatə edib. Tariximizi özündə yaşadan Yengicə hamamının bərpa olunması da bu sahədə görülən işlərin davamıdır. Mən 40 ildir dərzi işləyirəm. Lakin bu günə qədər mənzilimdə fəaliyyət göstərmişəm. Ayrıca iş yerim olmayıb. İllərdən bəri ən böyük arzum o idi ki, belə gözəl, geniş bir məkanda işləyim, evimdə şəraitsizlik üzündən öhdəsindən gələ bilmədiyim işləri iş otağımda həyata keçirim, insanlara daha keyfiyyətli xidmət göstərim. Bu gün artıq bu arzuma çatmışam. Hərtərəfli iş şəraiti və avadanlıqlarla təmin olunmuşuq. Çalışacağıq ki, yaradılan şəraitdən səmərəli istifadə edərək sakinlərə nümunəvi xidmət göstərək. Gülbəniz Əkbərova yaradılan şəraitə görə burada işlə təmin olunan sənətkarlar və peşə adamları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, XVIII əsrdə tikilən Yengicə hamamının quruluşu səkkizguşəli formada olub, xaricdən 2 iriölçülü günbəzlə tamamlanır. Qapı və bacaları bir qayda olaraq, yuxarıda günbəzvarı formada tamamlanır. Giriş qapısı cənubdan olan hamam dörd salondan ibarətdir.

Yengicə hamamı XX əsrin 80-ci illərinə qədər fəaliyyət göstərib. Baxımsızlıq səbəbindən dağılmaq vəziyyətində olan bu tarixi abidədə 2017-ci ilin mart ayından etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə bərpa işlərinə başlanıb. Hazırda hamamın ümumi sahəsi 420 kvadratmetrdir. Tarixi binada 7 sahə üzrə xidmət təşkil olunub. Burada 2 dərzi, qadın və kişi bərbəri, fotoqraf, papaqçı, çəkməçi və musiqi alətləri ustası olmaqla, 8 nəfər işlə təmin olunub.

Ali Məclisin Sədri Yengicə hamamının "Muzey günləri” qrafikinə daxil edilməsi, muxtar respublikada yaşayan və fəaliyyət göstərən sənətkarların qeydiyyata alınması, eləcə də onların bundan sonra da lazımi iş şəraiti ilə təmin olunması barədə müvafiq tapşırıqlar verib.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM