Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

10:15 19 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Şərur rayonunun Yengicə kəndində içməli su şəbəkəsi istifadəyə verilib
Şərur rayonunun Yengicə kəndində içməli su şəbəkəsi istifadəyə verilib
ANA SƏHİFƏ / SİYASƏT
22:38 05.09.2018

Muxtar respublikamızda insanların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlər sırasında içməli su təminatı xüsusi yer tutur. Bu günə qədər muxtar respublikanın 4 şəhərində və 12 kəndində içməli su şəbəkəsi qurulub. İnsan amilinə verilən qiymətin daha bir ifadəsi olan bu tədbir Şərur rayonunun Yengicə kəndini də əhatə edib, kənddə yeni içməli su şəbəkəsi qurulub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 5-də Şərur rayonunun Yengicə kəndində içməli su şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Meliorasiya və Su Təsərrüfatı Komitəsinin sədri Əsgər Əsgərov məlumat verib ki, Yengicə kəndinin içməli su şəbəkəsinin tikintisinə "Şərur şəhər və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində 2018-ci ilin fevral ayında başlanılıb. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə verilir. Layihəyə uyğun olaraq ərazidə diametri 63 millimetrdən 280 millimetrə qədər olan plastik borularla 30,9 kilometr içməli su xətti çəkilib, 894 evə su verilərək sayğac quraşdırılıb, 4638 sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Su şəbəkəsinin üzərində 4 yanğın hidrantı, qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 130 siyirtmə və 3 suboşaldıcı quraşdırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yengicə kəndində içməli su şəbəkəsinin və qədim hamamın istifadəyə verilməsi, eləcə də kəndin abad yaşayış məntəqələri sırasına daxil olması münasibətilə sakinləri təbrik edərək deyib: Ölkəmizdə qəbul olunmuş Dövlət proqramları uğurla həyata keçirilir. Azərbaycan hərtərəfli inkişaf edir, insanların yaşayış səviyyəsi yaxşılaşdırılır, kəndlərimiz abadlaşaraq müasir yaşayış məntəqələrinə çevrilirlər. Şərur rayonunun Yengicə kəndi də abad yaşayış məntəqələrinin sırasına daxil olmuşdur.

Ali Məclisin Sədri deyib: Şərur şəhəri və ətraf kəndlərin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin birinci mərhələsi - Şərur şəhərinin içməli su və kanalizasiya sistemləri ölkə Prezidentinin iştirakı ilə istifadəyə verilmişdir. Layihənin ikinci mərhələsi üzrə işlər davam etdirilmiş və Yengicə kəndində içməli su şəbəkəsi qurulmuşdur. Kənddə 30 kilometrdən artıq içməli su xətləri çəkilmiş, 900-ə yaxın su birləşmələri həyata keçirilmişdir. Bu gün Yengicə kəndinin 4 min 600-dən çox əhalisi keyfiyyətli içməli su ilə təmin olunub. Yaşayış məntəqələrinin içməli su təminatı mühüm məsələdir. Ona görə ki, su həyatdır, təmizlikdir, sağlamlıqdır. Əgər hansı yaşayış məntəqəsi təmiz içməli su ilə təmin olunursa, orada insanların sağlamlığı da qorunmuş olur. Bu amil nəzərə alınaraq ölkəmizdə içməli su layihələrinin həyata keçirilməsinə böyük diqqət və qayğı göstərilir. Muxtar respublikamızda da bu layihələr uğurla həyata keçirilir. Əksər rayonlarımızda artıq bu işlər başa çatdırılıb. Muxtar respublika əhalisinin 50 faizdən çoxu keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunur. Şərur rayonunda isə bu layihənin birinci mərhələsi başa çatdırılıb. Bu istiqamətdə işlər davam etdiriləcəkdir.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada içməli su şəbəkələrinin yenidən qurulması ilə yanaşı, eyni zamanda, suvarma su təminatının yaxşılaşdırılması istiqamətində də işlər görülür. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndində 600 hektara yaxın ərazidə yeraltı su şəbəkəsi qurulur və bu ilin sonunda istifadəyə veriləcəkdir. Bu ərazidə son illər aparılan işlər nəticəsində 2 min hektara yaxın əkinəyararlı torpaq sahəsi əkin dövriyyəsinə daxil edilmişdir. Müasir içməli və suvarma su sistemlərinin qurulması insanların həyat səviyyəsinin yüksəldilməsinə və rahat yaşayışlarına xidmət edir.

Ali Məclisin Sədri bildirib ki, Yengicə kəndində vaxtilə yeni məktəb binasının, kənd və xidmət mərkəzlərinin tikilməsi, yolun yenidən qurulması, abadlıq işlərinin aparılması, bu gün isə içməli su şəbəkəsinin və qədim hamamın bərpadan sonra istifadəyə verilməsi kəndin simasını tamamilə dəyişmişdir. Kənd dayanıqlı təbii qaz və elektrik enerjisi, rabitə və sürətli internetlə təmin olunur. Yaradılan bu şərait kənd sakinlərinin rahat yaşayışına xidmət edir. Yengicə kəndinin qədim tarixi vardır. Bərpa işlərindən sonra istifadəyə verilən hamam, o cümlədən vaxtilə burada ilk dünyəvi məktəbin fəaliyyət göstərməsi kəndin tarixinin qədimliyindən xəbər verir. Azərbaycanın inkişafında, dövlətçiliyində bu kəndin yetirmələrinin xidmətləri olub.

Ali Məclisin Sədri bir daha sakinlərə təbriklərini çatdırıb, kənddə qurulanların qorunmasının, abadlığa, təmizliyə əməl olunmasının vacibliyini bildirib.

Yengicə kənd ağsaqqalı İlyas Kazımov çıxış edərək deyib: Muxtar respublikada geniş tikinti-quruculuq işləri aparılır. Naxçıvan günü-gündən gözəlləşir. Qədim diyarın inkişafı, müasirliyi qürur doğurur. Həyata keçirilən quruculuq tədbirləri Yengicə kəndini də əhatə edib, kənd müasir yaşayış məntəqəsinə çevrilib. Bu gün Yengicə kəndində şəhər rahatlığı yaradılıb. Sovetlər Birliyi dövründə heç bir kəndə içməli su sistemi çəkilməmişdi. Kəndimizin sakinləri uzun illər içməli su təminatından əziyyət çəkiblər. Lakin bu gün Yengicə kəndi 24 saat Dünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilir. Bu, müstəqil ölkəmizdə insan amilinə verilən ən yüksək qiymətdir. Həmçinin kəndimizdə XVIII əsrə aid olan memarlıq abidəsi - Yengicə hamamı ilkin görkəmi və qədim memarlıq quruluşu saxlanılmaqla bərpa edilib. Bir kəndin timsalında görülən bu işlər onu deməyə əsas verir ki, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan haqqındakı düşüncələri, arzuları reallığa çevrilib. Təbii ki, bütün bunlar da qurucu rəhbərin öz vətəninə, elinə bağlılığının nəticəsidir. İlyas Kazımov yaradılan şəraitə görə kənd sakinləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Ali Məclisin Sədri Yengicə kəndinin içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.

Sonra Ali Məclisin Sədri sakinlərlə söhbət edərək deyib: Quruculuq tədbirlərini o ölkədə həyata keçirmək mümkündür ki, orada sabitlik, iqtisadi inkişaf və seçilmiş düzgün yol vardır. Azərbaycanın yolu da Heydər Əliyev yoludur. Ölkəmiz Heydər Əliyev yolu ilə gedir. Dövlət də, əhali də öz üzərinə düşən vəzifələri yerinə yetirir. Nəticədə ölkəmiz güclənir, iqtisadi qüdrəti artır. Yengicə kəndinin torpaqları bərəkətli torpaqlardır. Kənddə içməli və suvarma su problemləri həll olunub. Ona görə də torpaqlar əkilməli, sakinlər ölkəmizin inkişafına və dövlətçiliyimizin möhkəmləndirilməsinə bundan sonra da öz töhfələrini verməlidirlər.

NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM